Aktauda AZAL təyyarəsinin qəzası zamanı yaralananlardan 14-ü Azərbaycan vətəndaşıdır

Aktauda AZAL təyyarəsinin qəzası zamanı yaralananlardan 14-ü Azərbaycan vətəndaşıdırQazaxıstanda Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində sağ qalan sərnişinlərin sayı 32 nəfərə çatıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə AZAL-ın brifinqində bəyan edilib.

Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.

13:57

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə sağ qalanlar arasında 10 Rusiya, 14 Azərbaycan, 2 Qırğızıstan vətəndaşı var.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 3 nəfərin vətəndaşlığı müəyyən edilməyib.

13:42

Aktauda qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərindən 4 nəfərinin cəsədi aşkarlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həkimlərin məlumatına görə, cəsədlər Aktauda təyyarənin qəzaya uğradığı ərazidə tapılıb.

Həmçinin regional səhiyyə idarəsindən bildirildiyinə görə, qəza nəticəsində 29 nəfər yaralı halda xəstəxanaya çatdırılıb, onlardan 11 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

13:21

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində olan ekipaj üzvlərinin siyahısını açıqlayıb.

AZAL-dan Sonxeber.az-a verilən məlumata görə, təyyarədə olan ekipaj üzvləri bunlar olub:

1. Kşnyakin İqor

2. Kalyaninov Aleksandr

3. Əliyeva Hökümə

4. Əsadov Zülfüqar

5. Rəhimli Aydan

12:57

Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin sərnişinlərinin siyahısı açıqlanıb.

Sonxeber.az AZAL-a istinadən həmin siyahını təqdim edir:

1. Ağayev Ramin

2. Əhmədov Rəşad

3. Əlimirzəyeva Xədicə

4. Əlimirzoyev Əli

5. Əliyev Zamin İdris

6. Anqbazova Maleyka

7. Arsbayeva Ceyran

8. Arsbayeva Madina

9. Asanov Rinat

10. Atsayeva Zaira

11. Babayev Anar

12. Bayramova Leyla

13. Bayramzadə Ayhan

14. Bislieva Cəmilə

15. Devrişov Samir

16. Devrişov Tofik

17. Cünüşaliyev Erlan

18. Ediev Uvais

19. Eqanov Məhəmmədəli

20. Evstiqneeva Kristin

21. Filiyev Ramazan

22. Qədirov Heydər

23. Qistarov İbrahim

24. Qistarov Rəşid

25. Qoqamova Möminat

26. Qurbaxov Həmzət

27. İandarov Arbi

28. İbrahimov Ramin

29. İgidova Nərminə

30. İsmayılov İsmayıl

31. İsmayılov Həbib

32. Cəfərov Toğrul

33. Cəlilov Nizami

34. Carayev Arif

35. Carayev Hacibrahim

36. Carayev Mahir

37. Ceerov Xızrı

38. Ceerova Salihət

39. Cüməqulov Bauyrcan

40. Cütayeva Salima

41. Xalayeva Hafisət

42. Kostiyev İbrahimxan

43. Maxsudova Qalina

44. Məmedov Zaur

45. Mehdiev Yadigar

46. Mustafayev Faiq

47. Omarova Leyla

48. Osmonov Tilek

49. Papaxov Mahəmməd

50. Rəximov Subxonkul

51. Sadıqov Qoşqar

52. Səidullayev Zinatul

53. Şabanova Vafa

54. Şaimərdanova Qauk

55. Siracov Nurullah

56. Siracova Müslimat

57. Tuleşsinov Sandibek

58. Tutunçiyev Mahmud

59. Ubaev Arbi

60. Yeznayeva Rana

61. Cəməlullail Medin

62. Cumaqat Eldar

12:31

12:36
Aktauda təyyarə qəzası nəticəsində sağ qalan 28 nəfər, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, yeddi nəfərin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsindədirlər.

12:23
Aktauda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar Mangistaudakı xəstəxanaya aparılıblar.

Oxu.Az bununla bağlı görüntüləri təqdim edir:


12:05

Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirib.

11:57

Bakı-Qroznı marşrutu üzrə uçan, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin 25 sərnişini Qazaxıstanın Mangistau vilayətində yerləşən regional xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qəza zamanı sağ qalan şəxslərin xilasedilmə görüntülərini təqdim edirik:


11:40

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü Bakı-Qroznı reysi ilə uçan, lakin Aktauda qəzaya uğrayan təyyarənin söndürülməsinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Digər məlumatı isə Qazaxıstanın Mangistau vilayətinin səhiyyə idarəsi yayıb.

"Təyyarə qəzası nəticəsində 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aktaudakı Mangistau regional xəstəxanasına çatdırılıb. Ümumilikdə təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub", - səhiyyə idarəsinin məlumatında qeyd olunur.

11:38

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

"Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - məlumatda qeyd edilib.

11:29

Aktauda qəzaya uğrayan təyyarədə ilkin məlumata görə 60 rusiyalı olub.

Oxu.Az-ın "Orda"ya istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan Səhiyyə naziri Akmaral Alnazarov bildirib.

11:15

Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti xəbər verib.

Aktauda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.

İlkin məlumata görə, sağ qalanlar var.


Aktauda AZAL təyyarəsinin qəzası zamanı yaralananlardan 14-ü Azərbaycan vətəndaşıdır11:11

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


11:06

Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Orda" nəşri xəbər yayıb.

Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.



Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 11054   Tarix: 25 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdən 3 meyit tapıldı

Rusiyanın Kamçatka diyarının Vilyuçinsk şəhərində eyni mənzildə olan 3 nəfərin meyiti tapılıb. yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılan şəxslərdən ikisi bu ünvanda yaşayıb - onlar 52 və 64 yaşlı kişilər olub. Ölən üçüncü şəxs 46 yaşlı qadın olub. Onu

24 dekabr
.

Arda Güler əlindəki suyu görün hara tökdü

La Liqada "Real"ın "Sevilya"ya 4-2 hesabla qalib gəldiyi matçın 71-ci dəqiqəsində . türk mediasına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Arda Gülər matça 71-ci dəqiqədə qoşulub. Gülər səhvən əlindəki suyun bir hissəsini baş məşqçi Karlo Ançelottinin oturduğu oturacağa töküb

24 dekabr
.

Dünya ilə əlaqəsi olmayan qəbilənin görüntüləri ortaya çıxdı - VİDEO

Braziliyanın Amazon meşələrində yaşayan və müasir dünya ilə heç vaxt təmasda olmayan son qəbilələrdən biri olan Massakoların ilk görüntüləri ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Yerli Xalqlar üçün Milli Fondu (Funai) tərəfindən yerləşdirilən gizli kameralar qəbilənin gündəli

24 dekabr
.

Qayınatasının evində özünü asdı

Goranboy rayonunda intihar hadisəsi baş verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini 40 yaşlı Asəf Məmmədov qayınatasının evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən tapılıb. Mərhumun hansı səbəbdən intihar etdiy

22 dekabr
.

Binanın girişinə balkon qapısı quraşdırdılar - VİDEO

Ankarada daxil olmaq istədiyi binanın zəngini çalmaq istəyən vətəndaş qapının girişindəki qəribəliyi görəndə təəccüblənib. türk mediasına istinadən xəbər verir ki, bu binanın zəngini çalmaq üçün qapının kənarında quraşdırılmış balkon qapısından çıxmaq lazım olub. Həmin anları lentə alan vətəndaşın videos

24 dekabr
.

Məşhur aparıcı qorxudan evdən çıxa bilmir - VİDEO

"Habertürk"ün aparıcısı Ela Rümeysa Cebeci sosial bir nəfərin ona sataşması səbəbindən evdən çıxa bilmədiyini açıqlayıb. türk mediasına istinadən xəbər verir ki, Cebeci paylaşımında billdirib ki, bir nəfər günlərdir yaşadığı binanın önündə dayanıb və onu görən kimi sataşır. "Binanın qarşısınd

23 dekabr
.

İtkin düşən gəncin qəza nəticəsində dünyasını dəyişdiyi üzə çıxdı

Trabzonun Şalpazarı səmtində dünən gecədən bəri ondan xəbər alınmayan Berat Sami Yazıcı adlı gəncdən kədərli xəbər gəlib. xarici mediaya istinadən xəbər verir ki, avtomobilin Şalpazarı-Beşikdüzü avtomobil yolunun yanındakı dərə yatağına düşdüyünü görən vətəndaşlar dərhal 112 Təcili Zəng Mərkəzinə məluma

23 dekabr
.

TIR sürücüsünün bədənindən çıxanlar hər kəsi şoka saldı - VİDEO

Ədirnə Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi qrupları tərəfindən həyata keçirilən işlər çərçivəsində Kapıkule Sərhəd Qapısından ölkəyə daxil olan yük maşını müraciət nöqtəsində dayandırılaraq axtarışa verilib. xarici mediaya istinadən xəbər verir ki, axtarış zaman

25 dekabr
.

Ticarət mərkəzində pul paylayan yaşlı adam izdihama səbəb oldu - VİDEO

ABŞ-ın Kaliforniya ştatında çəkilmiş bir görüntü sürətlə yayılıb. xarici mediaya istinadən xəbər verir ki, kadrlarda yaşlı kişinin ticarət mərkəzinin yuxarı mərtəbəsinə çıxaraq özü ilə gətirdiyi pulları aşağıya səpələdiyi görünür. Bir müddət nə baş verdiyini anlaya bilməyən vətəndaşlar pulun gerçək olduğun

25 dekabr