Cənubi Koreyada qəza yerindən görüntülər - Video
Xəbər verdiyimiz kimi, Cənubi Koreyada Muan hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində təyyarədə olan ümumi 181 nəfərdən 179-u həlak olub. Onlardan 175-inin sərnişin, 6-sının isə ekipaj üzvü olduğu məlumdur.
"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, Banqkokdan gələn təyyarə yerli vaxtla 08:30-da yerə enməli idi.
İlkin məlumata görə, "Jeju Air" aviaşirkətinə məxsus hava gəmisi quşlarla toqquşduğundan onun şassisində nasazlıq yaranıb və o bu səbəbdən füzelyajın üzərinə eniş etməli olub. Lakin pilotlar zolağın sonuna qədər sürəti azalda bilməyib və təyyarə hasara çırpıldıqdan sonra yanıb.
Şahidlərin sözlərinə görə, təyyarə hələ yerə enməmişdən əvvəl onun sağ qanadında yanğın müşahidə edilib.
Təyyərədə olan sərnişinlərdən 173-ü koreyalı, ikisi isə taylandlı olub.
Hadisədən sonra Koreya Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Çxve San Mok qəza yerinə yollanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1687 Tarix: 29 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
4 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
Türkiyədə küçədə dəhşətli qətl hadisəsi olub. yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin, Onikişubat rayonunun Mercimektepe məhəlləsində baş verib. 56 yaşlı Tevfik Bağrıaçık mübahisə etdiyi 49 yaşlı həyat yoldaşı Dilek Bağrıaçıkı küçənin ortasında tüfənglə güllələyərək öldürüb
6 sentyabr"Twitter" adı uğrunda MƏHKƏMƏ: İlon Mask ilkin qələbə qazandı
ABŞ-nin Delaver ştatının məhkəməsi İlon Maskın "X" şirkətinin iddiası əsasında sosial media sahəsində fəaliyyət göstərən digər startapın "Twitter" adından istifadəsini ilkin olaraq bloklayıb. bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Maskın şirkəti federal hakim
6 sentyabrUkraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
5 sentyabr200 il sonra ilk qadın edam olunacaq
ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsinə hazırlıq görülür: söhbət Krista Paykdan gedir. Onun barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır. -a istinadən bildirir ki, Paykın işi hüquq müdafiəçilərinin və ekspertlərin diqqətini çəkib
5 sentyabrAğ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr
6 sentyabrPutinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
6 sentyabr