Ermənistan müxalifəti Paşinyana qarşı sui-qəsd hazırlayır?

Ermənistan müxalifəti Paşinyana qarşı sui-qəsd hazırlayır?Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək seçkidə iştirakının qarşısını almaq niyyətindədir. "Vətən naminə Tavuş" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bu istiqamətdə addımlarını intensivləşdirəcəklərini və ona bu imkanı verməyəcəklərini deyib. Bu isə müxalifətin Paşinyana qarşı sui-qəsd cəhdlərini də istisna etmir.

Politoloq Samir Hümbətov Oxu.Az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan 2018-ci ildə Rusiyanın əsas fiqurunu - "Qarabağ klanı"nı hakimiyyətdən devirəndən sonra Rusiya və ona bağlı güclər Ermənistan baş nazirinə qarşı kampaniya aparmağa başlayıblar:

"Hətta İkinci Qarabağ müharibəsi Paşinyanı devirmək üçün onlara yeni fürsət vermişdi.

Əvvəlcə Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Paşinyana qarşı çıxdı, amma məqsədinə çatmadı. Sonra müxtəlif yollara əl atdılar, aksiyalara başladılar, lakin son parlament seçkisində Paşinyanın yerini daha da möhkəmləndirməsindən sonra bu dəfə ortaya keşiş Baqrat Qalstanyan çıxdı. Qalstanyan kilsənin nümayəndəsi olsa da, dolayısı ilə Rusiyanın diktəsi altındadır. Düşünürəm ki, əvvəlki kimi "Qarabağ klanı" necə ki, parlamenti gülləbaran edib hakimiyyətə gəlmişdi, indi də bu ssenarini həyata keçirmək istəyə bilər, baxmayaraq ki, Ermənistandakı vəziyyət də artıq ovaxtkı deyil".

"Sui-qəsd cəhdi həmişə ermənilərin planlarında var. Çünki sui-qəsd, terror kimi mənfur əməllər onlarda ən aktiv və hər zaman işlək olan məsələlərdən sayılır. Ona görə də Paşinyanı bu və ya digər formada devirməyə cəhd ola bilər, amma Paşinyan buna şərait yaradacaq, yoxsa yox, bu, özü sual altındadır. Çünki Qərb dairələrinin Paşinyanı özbaşına buraxıb Qalstanyanın onu devirməsinə şərait yaratması inandırıcı deyil. Düzdür, çağırış olacaq, Baqrat dini icma rəhbəri olduğu üçün onun çağırışına yenə də səs verənlər tapılacaq, amma bu, Paşinyanı devirmək üçün yetərli olmayacaq. Paşinyan yenə də seçkiyə getsə, qalib gəlmək şansı çoxdur, ona görə də hər vasitədən istifadə edirlər ki, onun qarşısını alsınlar. Amma Paşinyan artıq ətrafında sabit elektrod formalaşdırıb. Üstəlik, xaricdən dəstəyi var və ən əsası iqtisadi elitanı əlində cəmləşdirməyə başlayıb, ordu daxilində də kifayət qədər nüfuz formalaşdırmağa çalışır. Ona görə də mümkün cəhdlər Paşinyanı devirəcək dərəcədə güclü olmayacaq", - deyə şərhçi əlavə edib.

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev isə hesab edir ki, Ermənistanda əvvəldən bir çox mafioz qrup fəaliyyət göstərir ki, kilsə onların əsas himayədarıdır:

"Baqrat Qalstanyan keşiş kimi bu qruplarla əlaqə qura bilib. Onun Paşinyanı seçkiyə buraxmaq istəməməsi bir çox məsələ ilə bağlıdır. İlk növbədə Paşinyanın nüfuzu hazırda müxalifətə nisbətən yüksəkdir. Onun seçkidə qalib gəlməsi yeni müxalifət hərəkatı yaratmağa çalışan Qalstanyana ciddi şəkildə mənfi təsir göstərə bilər. İkinci məqam isə Nikol Paşinyanın seçkidə qalib gəldikdən sonra müxalifətə, konkret olaraq hazırda ən böyük baş ağrısına çevrilmiş Baqrat Qalstyana ciddi problem yaradacağıdır. Keşişin qorxduğu keçmiş prezident Robert Koçaryanın aqibətini yaşamaqdır. Paşinyan ilk seçkisində qalib gəldikdən dərhal sonra Koçaryanı həbsə göndərmişdi. İndi Qalstanyan da eyni aqibətlə üzləşə bilər. Buna görə də müxalif keşiş baş nazirin qarşısını kəsmək üçün səy göstərir".

"Burada əsas məsələ təbii ki, mitinqlər vasitəsi ilə Paşinyanı iqtidardan devirmək cəhdi olacaq. Baqrat bu zaman ordudan da dəstək gözləyə bilər. Çünki orduda hələ də keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyana bağlı zabitlər var. Hansı ki, onlar Paşinyana qarşı müxalif mövqedədirlər. Digər məsələ hüquqi əngəllərin yaradılmasıdır ki, bu, bir qədər çətin məsələdir. Çünki Ermənistanda məhkəmə hakimiyyəti faktiki olaraq hökumətdən asılı haldadır. Hakimlərdən baş naziri mühakimə edəcək cəsarəti gözləmək əbəsdir. Qalır üçüncü variant, bu da Nikol Paşinyanın həyatına qəsd etməkdir. Görünür ki, elə ən çox ehtimal edilən budur. Ancaq bu şəkildə cəhd Baqrat Qalstanyan və dəstəsinə çox baha başa gələ bilər. İstənilən halda 2025-ci ildə də Ermənistan siyasi həyatından gərginliklər gözləyə bilərik", - deyə analitik fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 783   Tarix: 30 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb

Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs

23 sentyabr
.

Aİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək

Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu

25 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr
.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr