Putin fərman imzaladı: Qanunsuz miqrantlar Rusiyanı tərk etməlidir
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar aprelin 30-dək ölkəni tərk etməli və ya hüquqi vəziyyətini tənzimləməlidir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin qeyri-qanuni miqrantların ölkədən çıxarılması haqqında qanunun tətbiqi ilə imzaladığı fərmandan irəli gəlir.
Avqustda imzalanmış qanuna əsasən, ölkədən çıxarılma rejimi 2025-ci il fevralın 5-dən tətbiq ediləcək.
Rusiyanı tərk etmək tələbi qanuni olaraq qalmaq istəyən və bir sıra şərtlərə cavab verən - biometrik yoxlamadan, narkotik və infeksiyalara dair testdən keçmiş, rus dilini, Rusiya tarixini və qanunlarını bilməsi ilə bağlı sənədlər təqdim etmiş və borclarını ödəmiş əcnəbilərə şamil edilməyəcək.
Rusiya Silahlı Qüvvələrində və ya hərbi birləşmələrində xidmət müqaviləsi bağlamış əcnəbilər üçün qaydalar yumşaldılacaq. Onlar barəsində deportasiya, readmissiya, Rusiyaya daxil olmağa icazənin verilməməsi, Rusiyada qalmanın arzuolunmazlığı, müvəqqəti yaşama müddətinin azaldılması haqqında əvvəllər qəbul edilmiş qərarlar ləğv edilir.
Sənəd yanvarın 1-dən qüvvəyə minir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1040 Tarix: 31 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib
İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb
24 mayPentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır
ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c
24 may"Hyundai" 400 mindən çox avtomobili geri çağırır - SƏBƏB
Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" proqram təminatındakı xəta səbəbindən ABŞ-dən 421 mindən çox avtomobilini geri çağırır. xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Məlumata görə, sözügedən problem avtomobillərdə qəfil v
23 maySakit okeandakı vulkan püskürməsinin iqlimə təsirləri - Elmi araşdırma
Alimlər 2022-ci ildə "Hunga Tonga-Hunga Ha'apai" sualtı vulkanının püskürməsinin atmosferə gözlənilməz təsir göstərdiyini aşkar ediblər. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Yeni tədqiqata görə, kütləvi püskürmə istixana effekti yaradan metan qazının parçalanmasın
24 may