"Embraer 190" təyyarəsi neçə milyondur ?

"Embraer 190" təyyarəsi neçə milyondur ?Mülki aviasiya tarixində ən böyük təzminatı Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ödəyib - qurbanlarının hər birinin ailəsinə 10 milyon dollar!

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə isə 20 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Kompensasiya ödənilərkən daxili uçuşlar və beynəlxalq uçuşlar arasında fərq var. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.

Beynəlxalq uçuşlara gəldikdə, Varşava (1929) və Monreal Konvensiyaları sərnişinin ölümü, və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, indi ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa 167 min dollar məbləğində kompensasiya verilir.

Haqqın.az bu barədə araşdırmasında yazır ki, təyyarə qəzasının üçüncü tərəfindən törədildiyi hallarda kompensasiya danışıqlar və ya da məhkəməyə yolu ilə müəyyən edilir.

Belə ki, 2020-ci il yanvarın 8-də İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) İran səmasında səhvən Ukraynaya məxsus sərnişin təyyarəsini vurub, nəticədə müxtəlif ölkə vətəndaşları olan 176 nəfər həlak olub. Əvvəlcə Tehran təyyarənin "texniki səbəblərə görə" düşdüyünü bildirsə də, artıq yanvarın 11-də təyyarənin İran hərbçiləri tərəfindən səhvən vurulduğu rəsmən təsdiqləndi. Bunun üçün bütün məsuliyyəti SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə öz üzərinə götürdü. Tehran (baxmayaraq ki, İran o vaxt Monreal Konvensiyasını ratifikasiya etməmişdi) qurbanların qohumlarına hər birinə təxminən 80 min dollar təzminat təklif edib. Lakin bu məbləğlə kifayətlənməyən Kanada, İsveç, Böyük Britaniya və Ukrayna vətəndaşları 2023-cü ildə İranla qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.

Mülki aviasiya tarixində ən böyük təzminatı isə illər sonra Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ödəməyib. O, 15 il sonra etiraf edib ki, 1988-ci ilin dekabrında "Boeing 747"-nin göyərtəsində baş verən partlayış (270 nəfər həlak olmuşdu) Liviya kəşfiyyat xidmətləri tərəfindən terror hücumu olub. Bu qəzanın qurbanlarının hər birinin ailəsinə 10 milyon dollar verilib.

"Azərbaycan Hava Yolları"na məxsus "Embraer E190" təyyarəsinin qiyməti də maraq dourub. Bu təyyarələrin vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq qiymət 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər.

Amma elə də olub ki, "üçüncü tərəf" ümumiyyətlə heç bir kompensasiya ödəməyib. Belə ki, 2015-ci ildə Rusiyanın "Koqalımavia" şirkətinin A321 təyyarəsi terror aktı nəticəsində Sinay üzərində qəzaya uğrayıb (224 nəfər həlak olub). Bununla belə, Misir öz günahını etiraf etməkdən imtina etdi; Yalnız Rusiya məhkəməsi sonradan təxminən 350 min rubl məbləğində aylıq ödənişlər təyin edib. Təyyarə qəzasında ailə başçısını itirmiş 20-dən çox qohum (o vaxt Rusiya Federasiyası hələ Monreal Konvensiyasını ratifikasiya etməmişdi) Düzdür, Rusiya məhkəməsi daha 32 milyon rubl mənəvi təzminat ödəməyə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6752   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?

Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli

12 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr