Rusiyada miqrantlarla bağlı vacib - Yeniliklər
Rusiyada yeni qaydalara əsasən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində polis əməkdaşları əcnəbilərin faktiki yaşadığı mənzillərə və digər binalara daxil olmaq hüququna malik olacaqlar.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, müvafiq qaydalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Polis, həmçinin Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcək.
Polisin bundan başqa sürgün rejimində olan əcnəbinin bank hesablarının olması və onların nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat almaq ixtiyarı olacaq.
Martın 5-dən Daxili İşlər Nazirliyinin əməkdaşları da bu rejimdə, o cümlədən texniki vasitələrdən istifadə etməklə əcnəbi vətəndaşlara nəzarət edə biləcəklər.
Qaydalar, həmçinin bu cür əcnəbilərin Rusiya ərazisində qalmasına köməklik göstərən fiziki və hüquqi şəxslərə də şamil edilir.
Qeyd edək ki, Rusiyada martın 5-dən ölkədə qeyri-qanuni olan və ya qanunu pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün miqrasiya rejimi qüvvəyə minir. Onlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılacaq və onlara miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri də tətbiq ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1497 Tarix: 02 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb
Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. "Report" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb
24 mayPaşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. -ın məlumatına görə, erməni baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. "Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxa
24 mayAbbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. "Report" xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb. "İran son anadək "Hizbullah"ı dəstəkləyəcə
24 mayÇində heyvanların səsini tərcümə edən qurğu hazırlanıb
Çin "Meng Xiaoyi" startapı heyvanlar üçün səs tərcüməçisi yaratdığını elan edib. Qurğu ev heyvanının boynuna taxılır və səsləri, emosiyaları və dili tanıyır. xəbər verir ki, bu barədə "Oddity Central" məlumat verib. Süni intellektlə işləyən cihaz heyvan dilini təxminən 95% dəqiqlikl
23 mayYaponiyada yemişlər hərracda rekord qiymətə satıldı
Yaponiyada becərilən bir cüt premium "Yubari" yemişi mövsümün ilk auksionunda rekord qiymətə - 5.8 milyon yenə (təqribən 36 500 ABŞ dolları) satılaraq 2019-cu ildə qeydə alınan beş milyon yenlik əvvəlki rekordu qırıb. xəbər verir ki, məlumatı "Japan Today" nəşri yayıb. Məhsulu Kusir
24 mayRusiya Kiyev vilayətini "Oreşnik" ballistik raketi ilə vurub
Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə zərbə endiriblər. "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqna
24 may