The Times: NATO Britaniyanın raket əleyhinə müdafiəsinin zəif səviyyəsindən narahatdır
Böyük Britaniya hərbi obyektləri və xarici bazaları raket əleyhinə müdafiəyə uzunmüddətli investisiya çatışmazlığı səbəbindən zəifdir.
"Report" xəbər verir ki, bu barədə yerli "The Sunday Times" qəzeti mənbələrə istinadən bildirib.
NATO-nun təftişi kritik infrastruktur və hərbi bazaların müdafiəsi üçün maliyyələşdirmənin artırılması zərurətini aşkar edib. "Capability Target 2025" yoxlamasının sonuclarına dair ilkin hesabat hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin təcili ehtiyacını vurğulayıb.
Nəşrin məlumatına görə, Britaniyanın ballistik raket əleyhinə yerüstü hava hücumundan müdafiə vasitələri yoxdur. Qəzetin mənbəyi qeyd edib ki, Ukrayna və İsraildəki hadisələr belə sistemlərin artan aktuallığını göstərir və ballistik raketlər silahlı qrupların əlinə keçərsə, London təhlükə altında qala bilər.
Xüsusi narahatlıq Kiprdəki Akrotiri və Dekeliya Britaniya bazalarının təhlükəsizliyi ilə bağlıdır ki, onlar Yəmən husilərinin hücumlarına qarşı həssas ola bilər. Həmçinin Liviyadakı silahlı qrupların Britaniya ərazisinə təhlükə yarada biləcək raketlər əldə etməsi riski də mövcuddur.
Hazırda ölkə modernləşdirilməsi yalnız 2030-cu illərdə başlayacaq "Sea Viper" sistemi ilə təchiz edilmiş 45 tipli altı eskadra minadaşıyan gəmisinə güvənir. Lakin ekspertlər qeyd ediblər ki, hətta bu gəmilər də uzaqmənzilli raketlərdən səmərəli müdafiə təmin edə bilmir.
Krallıqda mövcud olan "Sky Sabre" yerüstü sistemləri və "Starstreak" daşınan kompleksləri ballistik raketlərlə mübarizə üçün nəzərdə tutulmayıb ki, bu da mövcud müdafiənin zəifliyini vurğulayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 862 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabr