Bu avtomobilləri almayın - həyatınız təhlükədə olacaq
Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.
Qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.
Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.
Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.
Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.
Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.
Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır. /Xezerxeber.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1714 Tarix: 05 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul
Yumurtaları bişirərkən çatlamaması üçün bəzi sadə, lakin effektiv üsullardan istifadə etmək olar. yumurtaların bütöv qalmasını təmin edəcək 5 vacib tövsiyəni təqdim edir:. Yumurtaları otaq temperaturuna gətirin. Yumurtaları soyuducudan çıxaran kimi birbaşa qaynar suya atmayın. Soyuq yumurta qaynar s
20 iyunÇayın ətrini artıran və bayatlaşmasının qarşısını alan üsul
Çay gün ərzində bir çox insanın zövqlə içdiyi əvəzolunmaz içkilərdən biridir. Lakin dəmlənmiş çayın qısa müddətdə bayatlaşması və zaman keçdikcə ətrini itirməsi tez-tez rast gəlinən problemlərdəndir. Buna görə də çayın daha uzun müddət təzə qalmasını təmin edən üsullar böyük maraq doğurur. xəbər veri
14 iyunMessinin atasının ölüm xəbərini yayan aparıcı işdən QOVULDU
Lionel Messinin atası Xorxe Messinin öldüyü barədə yalan məlumat yayan aparıcı Florensiya Penya işdən qovulub. xarici KİV-ə istinadla bildirir ki, hadisə Luzu TV kanalında yayımlanan "El Show del Verano" proqramında baş verib. Penya efirdə izləyicilərə belə deyib:. "Mən pis xəbər vermə
19 iyunTanrını görmək üçün 5 ildir ayaqüstə dayanır
Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir
19 iyunNiyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt
Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət
16 iyunAğcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkə
19 iyunPaltarlar niyə tez köhnəlir? - Səbəb yanlış yuma rejimi ola bilər
Demək olar ki, bütün paltaryuyan maşınlarda "Easy-Care" və ya "Zərif yuma" proqramı mövcuddur. Lakin mütəxəssislərin sözlərinə görə, əksər istifadəçilər bu rejimin təyinatını düzgün başa düşmür. Nəticədə paltarlar daha tez köhnəlir, üzərində tiftiklər əmələ gəlir və parça deformasiyay
19 iyunQarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
Yay aylarının sevimli ləzzəti olan qarğıdalı seçmək bir çox insan üçün çətindir, çünki qarğıdalının xarici yarpaqlarla tam örtülü olması içindəki dənələrin vəziyyətini görməyə mane olur. Çox vaxt ən yaşıl yarpaqlı qarğıdalını seçərək ən yaxşısını aldığımızı düşünürük, lakin evə gəldikdə dadı olmayan
20 iyun