İlon Maskın bioqrafından şok iddia: "O, çılğınlaşır və Amerika üçün təhlükə yarada bilər"
İlon Maskın bioqrafı Set Abramson məşhur milyarderin psixi sağlamlığının ciddi şəkildə pisləşdiyini və bunun ABŞ üçün təhlükə yarada biləcəyini iddia edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Set Abramson bildirib ki, Mask son iki il ərzində həm internetdəki davranışı, həm də şəxsi həyatındakı açıqlamalarına görə, "zehni sabitliyini itirmək üzrədir". Bioqrafın sözlərinə görə, Mask psixi problemlərini açıq şəkildə etiraf edib və ağır stress, eləcə də narkotik maddələrdən istifadəsi ilə bağlı məlumatlar yayıb.
"Əgər Mask yalnız adi bir biznesmen olsaydı, bu vəziyyət belə bir narahatlıq yaratmazdı. Amma o, texnologiya və kosmos sahəsində strateji əhəmiyyətli təsisatlar idarə edir, bu isə vəziyyəti olduqca təhlükəli edir. Üstəlik, onun prezidentliyə iddiaları bu narahatlığı daha da artırır", deyə Abramson vurğulayıb.
Abramson hazırkı Amerika administrasiyasını İlon Maskın təsirini məhdudlaşdırmaq üçün dərhal tədbirlər görməyə çağırıb. Onun təklif etdiyi tədbirlər bunlardır:
* Maskla mövcud olan bütün dövlət müqavilələrinin ləğv edilməsi;
* DOGE kriptovalyutası ilə bağlı təşəbbüslərin bloklanması üçün hüquqi addımlar;
* Milyarderin fəaliyyətləri ilə bağlı yeni araşdırmaların başlanması.
O əlavə edib: "Əgər bu xəbərdarlıqlar nəzərə alınmazsa və davranışları nəzarətsiz qalarsa, gələcəkdə baş verəcəklərə görə yalnız Mask və onun tərəfdarları deyil, həm də bu xəbərdarlıqları qulaqardına vuranlar məsuliyyət daşıyacaq".
İlon Mask artıq bir neçə ölkədə daxili siyasi proseslərə müdaxilə etməkdə ittiham olunur. Xüsusilə, Almaniyada Maskın sağçı AfD partiyasına dəstək çağırışı seçkilərə müdaxilə kimi qiymətləndirilib. Bundan başqa, o, Böyük Britaniyada hökumət əleyhinə sərt bəyanatlar səsləndirib və hətta baş nazir Kir Starmerin həbs olunmasını təklif edib.
Böyük Britaniyada üç böyük siyasi partiyanın liderləri Maskın siyasi müdaxilələrini tənqid edib və ABŞ-da onun tərəfdarlarını bu mövzunu yenidən düşünməyə çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1028 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabr