Dağıdıcı yanğın "Hollivud"u bürüdü: Ulduzların malikanələri külə döndü
Məşhur amerikalı aktrisa, sahibkar, model və müğənni Paris Hiltonun Malibudakı bağ evi Palisades bölgəsində (Kaliforniya ştatı) dağıdıcı yanğın nəticəsində tamamilə məhv olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə aktrisa özünün "Instagram" səhifəsində yazıb.
"Ailə ilə birlikdə oturub xəbərlərə baxmaq və Malibudakı evimizin canlı yayımda yanıb külə döndüyünü görmək heç kimin yaşamamalı olduğu hadisədir", - deyə o bildirib.
Qeyd edək ki, bu ev onun əsas yaşayış yeri olmayıb.
Aktrisa ailəsi ilə birlikdə təhlükəsiz yerdə olduğunu və yanğından zərərçəkənlərin kədərini bölüşdüyünü bildirib.
Bundan başqa həmin ərazidə məşhur ulduz cütlük Leyton Mister və Adam Brodinin evi də dağıdıcı yanğın nəticəsində məhv olub.
Bu barədə "Page Six" məlumat yayıb.
Bildirilir ki, onların beş yataq otağı, altı hamam otağı və vaxtilə möhtəşəm okean mənzərəsi olan 6.5 milyon dollar dəyərindəki möhtəşəm malikanəsi təbii fəlakət nəticəsində xarabalığa çevrilib.
"İndi binadan yalnız yanmış divarlar qalıb, dam örtüyü isə tamamilə dağılıb", - deyə məlumatda vurğulanıb.
Hazırda nə Leyton, nə də Adam baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. Cütlüyün nümayəndələri də hələlik jurnalistlərin sorğularını cavablandırmayıb.
Qeyd edək ki, yanğın Los-Ancelesdəki Hollivud təpələrində yerləşən və Amerikanın bütün kino sənayesinin vizit kartına çevrilən əfsanəvi Hollywood nişanına qədər çatıb.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles şəhərini əhatə edən meşə yanğınları başlayıb. Təbii fəlakətlə əlaqədar 100 min nəfərdən çox insan təxliyə olunub. Azı iki nəfərin həlak olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1351 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa
25 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabr