AfD əleyhdarları Rizada iğtişaşlar törədiblər
Almaniya üçün Alternativ (AfD) partiyasının federal qurultayının bu gün keçiriləcəyi Saksoniya şəhəri olan Rizada minlərlə AfD əleyhdarı toplanır.
Bu barədə "Report" "Bild"ə istinadən xəbər verir.
Məlumata görə, ötən gecə artıq iğtişaşlar baş verib və azı iki polis əməkdaşı xəsarət alıb.
Qurultayın başlamasına bir neçə saat qalmış Almaniyanın müxtəlif şəhərlərindən gələn fəallar yürüş keçirib. Tədbirin keçirildiyi yerə gedən yolları bağlayıblar. Aksiya iştirakçılarının çoxunun üzü qanunla qadağan olunmuş maskalarla örtülü olub.
Nümayişçiləri saxlamaq üçün bibər qazından istifadə edilib, AfD tərəfdarları isə polis kordonlarını keçməyə çalışıblar. Azı üç patrul maşınına ziyan dəyib.
AfD-nin 600 nümayəndəsinin qurultayda seçki proqramını qəbul etmək və partiyanın həmsədri Alis Vaydeli kansler vəzifəsinə namizəd kimi təsdiq etmək planları var. Riza şəhəri təsadüfən seçilməyib: burada keçirilən yerli seçkilərdə sakinlərin 40 %-i AfD-yə səs verib.
Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 849 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik və ya psixotrop maddələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb. "Haber Global" telekanalına istinadən xəbər verir ki, ittiham aktında onun azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. İstanbulda Bakırkö
18 oktyabrMisir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrRusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına
19 oktyabrFransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır
Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat
19 oktyabrHindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət
18 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabr