Qadın onu baltalayan ərini bağışladı...

Qadın onu baltalayan ərini bağışladı...Ötən il həyat yoldaşı M.Qasımovaya balta ilə xəsarət yetirən E.Qasımovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Hadisə 7 avqust tarixində Naxçıvanın Şərur rayonunda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, 57 yaşlı E.Qasımov arvadına əsəbiləşərək balta ilə baş nahiyəsinə zərbə endirib: "İçki aludəçisi deyiləm. Hadisəni törədəndə ayıq vəziyyətdə idim. İnsidentdən bir neçə gün əvvəl dostlarımla yeyib-içmişdim. Evə gəldikdən sonra arvadım dayanmadan deyinir, ünvanıma xoşagəlməz sözlər deyirdi. Mən də əsəbi olduğumdan və onu qorxutmaq üçün xəsarət yetirmək istədim. Lakin öldürmək niyyətim olmayıb. Belə bir istəyim olsaydı, arvadımın mənə gücü çatmazdı, onu həmin vaxt öldürə bilərdim. Tutduğum əməldən peşmanam, xahiş edirəm, məni bağışlasın".

50 yaşlı M.Qasımova da hadisənin onun deyinməsi səbəbindən baş verdiyini düşünür: "Ərim spirtli içkini mütəmadi olaraq içməsə də, onun, ümumiyyətlə, içki içməsini istəmədiyim üçün hadisə günü bununla bağlı öz-özümə deyinirdim. E.Qasımovu təhqir etməmişəm, ailədaxili münaqişəmiz olsa da, heç vaxt güclü mübahisə olmayıb. Bir-birimizə əl qaldırmamışıq. Vəziyyətin bu yerə gəlmə səbəbini bilmirəm. Onu övladlarımıza görə bağışlayıram, şikayət və tələbim yoxdur. Gələcəkdə də heç bir şikayət və tələbim olmayacaq. Lakin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımova 3 il 6 ay həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1827   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

9 oktyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Atasını öldürən Ayxana 1 il yarım həbs verildi

Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə

14 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr