Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...

Təbiisi baha, ucuzu zərərli: Bəs hansından istifadə edək ki...Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,3 faiz çoxdur. 2024-cü ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da illik müqayisədə müvafiq olaraq 5,6 faiz az və bir faiz çoxdur.

Rəqəmlərdən də aydın olduğu kimi marqarin yağlarının həm istehsalı, həm də istehlakı artır. Bunun səbəbləri nələrdir? Bu yağların orqanizm üçün ziyanlı olduğu iddia edilir. Bu fikirlər həqiqəti nə dərəcədə əks etdirir?

Kərə yağının bahalaşması seçimlərə təsir edir

Qida məsələləri üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marqarin orqanizmimiz üçün olduqca təhlükəlidir. Lakin insanlar bəzi səbəblərdən onu alırlar: "Kərə yağının bahalaşması istehlakçıların daha ucuz alternativlərə, xüsusilə duru bitki yağlarını və marqarini seçmələrinə səbəb olur. İqtisadi çətinliklər və istehlak vərdişləri insanların seçimlərinə birbaşa təsir edir. Marqarin kərə yağına nisbətən daha münasib qiymətədir. Xüsusilə çörəkbişirmə və qənnadı məmulatlarında geniş istifadə edilir. Marqarin yağı, xüsusilə trans yağları ehtiva edən növləri sağlamlıq üçün təhlükəlidir. Trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, "pis" xolesterolu (LDL) yüksəldir və "yaxşı" xolesterolu (HDL) azaldır. Bu yağların uzun müddətli istehlakı piylənmə, ikinci tip şəkərli diabet, hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir. Son illərdə bəzi marqarinlərdə trans yağların miqdarı azaldılsa da, bu yağlar ümumilikdə təhlükəsiz hesab olunmur".

"Məhdud miqdarda istehlak edin"

A.Vəli bildirdi ki, marqarin yağlarının çox cüzi faydası olsa da, istifadəsi məsləhət deyil: "Ev şəraitində istifadə zamanı onu yüksək temperaturda, qızartma proseslərində istifadə etməkdən uzaq durmaq daha məqsədəuyğundur. Çünki qızartma zamanı zərərli maddələr yaranır. Əgər marqarin istifadə olunacaqsa, onu kiçik miqdarlarda və qarışıq qidalanma rejimi çərçivəsində qəbul etmək tövsiyə olunur. Marqarinin bəzi növləri vitaminlər, xüsusən də A, D və E ilə zənginləşdirilə bilir. Həmçinin bəzi bitki əsaslı marqarinlər kərə yağına allergiyası olan və ya vegan həyat tərzi sürən şəxslər üçün alternativ olaraq istifadə edilir. Sağlamlıq baxımından faydalarını zərərləri ilə müqayisə etdikdə, onu məhdud miqdarda istehlak etmək daha doğru olar".

Diqqət edilməli məqamlar

Ekspertin fikrincə, insanlar kərə yağı əvəzinə səhvən bu yağı almamaq üçün diqqətli olmalıdırlar: "Bəzi kərə yağlarının tərkibinə də marqarin yağı qatılır və ya kərə yağı adı ilə marqarin yağı satılır. Bəzi hallarda istehsalçılar xərcləri azaltmaq məqsədilə kərə yağının tərkibinə marqarin və ya digər bitki yağlarını qarışdırırlar. İnsanlar bu hallardan qorunmaq üçün məhsulun etiketindəki tərkib hissəsini diqqətlə oxumalı, yalnız etibar edilən istehsalçıların məhsullarını seçməli və mümkün qədər yerli, tanınmış brendlərə üstünlük verməlidirlər".

"Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün..."

Diyetoloq Lalə Yaqubova isə dedi ki, marqarin süni yolla müxtəlif məhsulların birləşməsindən hazırlanır: "Marqarinin yaranma səbəbi insan sayının artımı və təbii yağın bu tələbatı ödəyə bilməməsindəndir. Əhalinin tələbatını ödəmək üçün süni şəkildə yaradılmış tərkibdir. Tam təbiət məhsulu olmadığı üçün də orqanizm üçün ziyanlıdır. Marqarin əslində rəng, ləzzət, görüntü, quruluş baxımından kərə yağına çox bənzəyir. Bitki yağları, süd, qatıq, pendir suyunun tozu, su və vitamin kimi bir çox maddələr istifadə olunaraq marqarin yağı əmələ gəlir".
L.Yaqubova bu yağın növlərindən də bəhs etdi: "Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün marqarinin tərkibini dəyişmək mümkündür. Əsasən səhər yeməyi üçün, yemək hazırlanmasında və sənayedə istifadə üçün üç çeşidi mövcuddur. Səhər yeməyi üçün olan marqarinin ərimə temperaturu daha aşağıdır. Yemək bişirmək üçün olanlar isə daha sərtdir və daha gec əriyir. Üzərində hansı növə aid olduğu qeyd edilir. Sənayedə istifadə dedikdə, qida sənayesi nəzərdə tutulur. Bu yağlar istehsalatda olur və onu adi insanlar almır. Marketlərdə rastlaşdığımız səhər yeməyi və yemək bişirmək üçün olan növləridir".

Diyetoloqun sözlərinə görə, tərkibinə qatılan maddələr marqarini zərərli edir: "Onlar müxtəlif proseslərə məruz qalır. Hansı ki, bu yağların otaq temperaturunda qatı qalması, yaxud rəf ömrünün uzadılması üçündür. Bitki mənşəli yağlar da müxtəlif proseslərə məruz qalır. Beləliklə, daha çox doymuş yağ miqdarı olur. Marqarinlər tərkibinə görə çox sürətlə oksidləşə bilən qida növləridir. Bu səbəbdən onların saxlanılması və istifadəsi çox önəmlidir".

"Bizim üçün sağlam olan doymamış yağlardır"

Müsahibimiz hansı marqarin yağını seçməklə bağlı məsləhətlərini də verdi: "Bizim üçün sağlam olan doymamış yağlardır. Hansı ki, onlar əsasən maye halındadır. Bunlara da bitki yağları aiddir. Səhər yeməyi üçün olan marqarin yağları daha az kaloriyə malikdir. Bu səbəbdən onlar daha az zərərli hesab oluna bilər. Amma istifadə etməmək daha məsləhətdir". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5191   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət

Münasibətlərdə sevginin azalması çox vaxt qəfil deyil, zamanla inkişaf edən bir prosesdir. Mütəxəssislərin fikrincə, davranışlardakı, ünsiyyət tərzindəki və emosional yaxınlıqdakı dəyişikliklər münasibətlərin gedişatı haqqında mühüm ipucları verə bilər. Ölkə.az -a istinadən xəbər verir ki, bir münasibəti

13 iyul
.

Bu beş Android tətbiqini dərhal silmək lazımdır

Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqləri

13 iyul
.

Paltaryuyan maşından pis qoxu gəlir? - Yayda bu problemdən belə qurtulun

Yay aylarında bir çox insan paltaryuyan maşından kif və ya nəmişlik qoxusunun gəldiyini hiss edir. Bunun əsas səbəbi havanın isti və rütubətli olması, həmçinin maşından daha tez-tez istifadə edilməsidir. Vaxtında tədbir görülməzsə, xoşagəlməz qoxu yuyulmuş paltarlara da hopa bilər. xarici mediaya istinadə

14 iyul
.

Misirdə 3000 illik məqbərə aşkarlandı

Leyden Universitetinin niderlandlı arxeoloqları Misirin cənubundakı Əl-Üksür şəhəri yaxınlığında qədim məqbərə aşkar ediblər. bildirir ki, bu barədə "Le Figaro" nəşri yerli hakimiyyət orqanlarının bəyanatına istinadən xəbər verir. Məlumata əsasən, söhbət Qurna ərazisindəki Fiva nekropolund

14 iyul
.

Evdə zibil qabını qətiyyən qoymamalı olduğunuz 5 yer

Mütəxəssislər bildirirlər ki, zibil qabının düzgün yerdə yerləşdirilməsi xoşagəlməz qoxuların, bakteriyaların və həşəratların yaranmasının qarşısını almağa kömək edir. Demək olar ki, hər evdə zibil qabı olsa da, onun harada saxlanılmasının sağlamlıq və gigiyena baxımından nə qədər vacib olduğu çox vax

12 iyul
.

Bu aylarda doğulanları iyulda böyük dəyişikliklər gözləyir

Bəzən cəmi bir ay insanın həyatında tamamilə yeni mərhələnin başlanğıcı ola bilər. Astrologiyaya görə, 2026-cı ilin iyulu bəzi insanlar üçün yeni imkanlar, gözlənilməz tanışlıqlar və mühüm qərarlarla yadda qalacaq. Əlbəttə, astroloji proqnozların elmi əsası yoxdur, lakin bir çoxları onları qarşıların

14 iyul
.

Uşaq niyə ən çox anasına aqressiya göstərir?

Uşağın anasını vurması onun sevgisiz və ya qəddar olması anlamına gəlmir. Ölkə.az -a istinadən xəbər verir ki, psixoloq Aleksandra Qrajdanın sözlərinə görə,bu davranış çox vaxt uşağın idarə edə bilmədiyi emosional gərginliyin nəticəsidir. Mütəxəssis bildirir ki, azyaşlılar hisslərini ifadə etməkdə çətinli

13 iyul
.

Geniş yayılmış səhv: Smartfonu gecə hara qoymaq olmaz?

Bir çox insan gecə yatarkən mobil telefonunu çarpayının yanındakı tumbanın üzərində və ya hətta yastığının yanında saxlayır. Lakin yuxu gigiyenası üzrə mütəxəssislər bu vərdişdən imtina etməyi tövsiyə edirlər. Ölkə.az xəbər verir ki, ekspertlər smartfonun gecə ən azı bir metr, imkan olduqda isə 1,5-

13 iyul
.

ABŞ-də sərnişin müharibə əleyhinə şüar yazılmış köynəyi çıxarmağa məcbur edildi

ABŞ-nin "United Airlines" aviaşirkətinin layner heyəti sərnişinlərdən birinə müharibə əleyhinə yazı olan köynəyini dəyişdirməyənə qədər uçuşa icazə verməyib. xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. Məlumata əsasən, Nyu-Cersi ştatı, Linden şəhərində yaşayan Se

14 iyul