Müharibəyə getdiklərini açıqlayan rusiyalı məmur və deputatların təxminən 80 %-i arxa cəbhədə qalıb və evə qayıdıb
Ukraynada müharibə başlayandan bəri Rusiyanın federal və regional səviyyədə 108 məmuru və deputatı cəbhəyə getməyə hazır olduqlarını açıqlasalar da, onların əksəriyyəti "VIP hissələrdə" qalıb və sağ-salamat evə qayıdıblar. Bəzi qanunvericilər hətta Türkiyəyə istirahətə getməyə və onlarla qanun layihəsinin həmmüəllifi olmağa macal tapıblar.
"Report" xəbər verir ki, bu barədə "Novaya Qazeta. Yevropa"nın "VIP cəbhə" başlıqlı məqaləsində qeyd olunub.
Nəşrin hesablamalarına görə, müharibəyə getməyə hazır olduqlarını bəyan edən dövlət qulluqçularından yalnız 18-i həqiqətən cəbhəyə gedib. Bunlar əsasən cinayət təqibindən (çox vaxt dələduzluq və mənimsəmə) yayınmaq istəyənlərdir. Xidmətə gedən daha 62 nəfər güzəştli şərtlər alıb. Cəbhədəki məmurların yarısı altı aydan çox xidmət etməyib. Rusiya dövlətinin 20 nümayəndəsi müharibəyə getmək niyyətini açıqladıqdan sonra heç nə etməyib.
Məmur və deputatlardan daxil olan müraciətlərin əksəriyyəti 2022-ci ildə olub – 31 müraciət. Ötən il belə halların sayı 23 olub. 2023-cü ildə niyyətlilərin sayı təxminən iki dəfə az olub. Ən yüksəkvəzifəli "könüllü" general-polkovnik rütbəli senator Viktor Bondaryovdur. Onun yenidən xidmətə qəbul edilib-edilmədiyi bəlli deyil, çünki bu barədə heç yerdə məlumat dərc edilməyib.
Dövlət Dumasında "Vahid Rusiya"nı təmsil edən deputat Dmitri Sablin rəsmi olaraq 2022-ci ilin martından savaşdadır. "QROM – Kaskad" bölməsinin qurucusu və komandiri olan Sablin jurnalistlərin araşdırmasına görə, bu müddət ərzində 40-dan çox qanun layihəsinin həmmüəllifi olub. Həmçinin Sablin dəfələrlə NATO ölkəsi olan Türkiyədə istirahət edərkən görülüb. Ümumilikdə Duma deputatlarından 18-i müharibəyə getməyə hazır olduqlarını bildiriblər.
2024-cü ildə Belqorod vilayətindən altı məmur və bir deputat savaşa gedib. Onlar "BARS – Belqorod" könüllü dəstəsinə qoşulsalar da, döyüş zonasına getməyiblər və öz regionlarında qalıblar. Ümumilikdə müharibəyə getmək istəyən 49 dövlət qulluqçusu bu variantı seçib. Daha 10 nəfərin xidmət yerini müəyyən etmək mümkün olmayıb. Qeyd olunub ki, cəmi 11 məmur və deputat nizami hərbi hissələrə gəlib.
Nəşr vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrində ümumi əsaslarla cəmi səkkiz dövlət nümayəndəsi olub – onlardan üçü həlak olub, daha iki nəfər yaralanıb.
31 dövlət qulluqçusu hələ də xidmətini davam etdirir, doqquz nəfər isə altı aydan az əvvəl xidmətə gedib, ona görə də onların orada uzun müddət qalıb-qalmayacaqlarını dəqiq demək olmaz.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 803 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ
Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin
16 sentyabr 2021Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO
Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli
18 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu
Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ
16 sentyabr 2021