Hitlerin gizli ailəsi İngiltərədə yaşayır? – Yeni gündəliklər AÇILDI

Hitlerin gizli ailəsi İngiltərədə yaşayır? – Yeni gündəliklər AÇILDIAdolf Hitlerə bağlılığı ilə tanınan və nasist lideri ilə şəxsi əlaqə quran antisemitik bir ingilis cəmiyyət üzvü olan Yunit Mitfordun yeni aşkar edilən gündəliklərinin yaxın zamanda nəşr olunması, gənc ingilis aristokratının nasist lideri ilə münasibətinin mahiyyəti haqqında spekulyasiyaları yenidən alovlandırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qeydlər 1935-1939-cu illəri əhatə edir. Bu qeydlərdə Mitfordun İkinci Dünya Müharibəsi zamanı Hitlerə olan heyranlığı açıq şəkildə ifadə olunur.

Mitford, Hitlerlə keçirdiyi 139 görüşdən birinin təfərrüatlarını böyük hərflərlə və qırmızı mürəkkəblə yazdığı gündəliyində təsvir edərkən oxuculara narahatedici bir təcrübə təqdim edir.

Bu tarixi sənədlər, o zaman 20 yaşında olan Mitfordun özündən 25 yaş böyük olan "Fürer"ə necə heyran olduğunu göstərir. O, özünü "Mən bir yəhudi düşməniyəm" və "Yəhudiləri öldürmə təcrübəsi edirəm" kimi ifadələrlə təsvir edərək, antisemitik mövqeyini açıq şəkildə ortaya qoyur.

Mitford, Hitlerlə tanışdığı günü həyatının ən möhtəşəm dövrü kimi təsvir edir və "Fürer cənnət kimi idi... o, bir mələkdir" sözlərini ifadə edir. Gündəliyində yer alanlar, Hitlerlə olan münasibətini, 1940-cı ildə İngiltərəyə dönərkən niyə sorğulanmadığını və hamilə olaraq qayıdıb oğlan uşağı dünyaya gətirdiyinə dair şayiələrin nə dərəcədə həqiqət olduğunu kimi vacib sualları gündəmə gətirir.

1936-cı ildə Hitlerlə birlikdə çəkilmiş fotosu olan Mitford onun ən sevdiyi "Münhen" restoranında saatlarla vaxt keçirdiyini də etiraf edir. Mitfordun Hitlerə olan heyranlığını nəyin təhrik etdiyi tam olaraq bilinmir, lakin onunla tanış olmaq arzusu o qədər güclü idi ki, 20 yaşında Münhenə köçün, burada alman dilini öyrənməyə və nasist liderini izləməyə başlayıb.

"Coffee with Hitler" kitabının müəllifi, tarixçi Çarles Spiser, "Bu, çox əyləncə dolu bir münasibət idi," deyərək əlavə edib: "Hitler çoxlu narkotik istifadə edirdi, buna görə qadınlarla çox yaxın deyildi. Ancaq gənc qızlara qarşı bir obsesiyası yaranmışdı və intihar edən qardaşı qızı ilə şübhəli bir münasibət yaşamışdı".
Hitlerin gizli ailəsi İngiltərədə yaşayır? – Yeni gündəliklər AÇILDIMitfordun son gündəlik qeydi Almaniyanın Polşanı işğal etdiyi gün, 1939-cu il sentyabrın 1-də yazılıb. İki gün sonra, 25 yaşında ikən, İngiltərə ilə Almaniya arasında müharibə ehtimalına o qədər kədərlənib ki, Münhendəki İngilis Bağı Parkında intihara cəhd edib. Lakin intihar cəhdi uğursuz olub, güllə kəllə sümüyündə qalıb və bu, onu beyin zədəsi ilə Böyük Britaniyaya geri dönməyə məcbur edib.

"Mitford hamilə ola bilər"

Spiserin fikrinə görə, Hitler onun düşmən İngiltərəsinə İsveçrə üzərindən tibbi müalicə üçün xüsusi qatarla göndərilməsini təşkil edib.

Mitford İngiltərəyə qayıtdıqda sorğulanmayıb. Brayt, Hitlerin "İngilis qızı" adlı sənədli filmində araşdırdığı başqa bir məsələdə Mitfordun hamilə ola biləcəyini irəli sürür. Bu vəziyyət, onun sorğulanmaqdan qaçmasının səbəbi ola bilərmi?

Brayt deyir: "Onun hamilə olub-olmadığı barədə dəqiq bir nəticəyə gəlmək olduqca çətindir. Amma doğum evini idarə edən qadının qardaşı qızının yalan danışdığına inanmaq üçün heç bir səbəbim yoxdur. O dövrdə Londonda Yunitinin hamilə olduğuna dair şayiələr ən çox müzakirə edilən mövzular arasında idi. Bir çox fərqli mənbədən gələn dedi-qodular mövcud idi. Hitlerin uşağına sahib olmaq ehtimalı da bu şayiələrlə birlikdə gündəmə gəlmişdi."

Hitlerin gizli ailəsi İngiltərədə yaşayırmı?

Mitford 1948-ci ildə, 33 yaşında olarkən başında qalan güllənin səbəb olduğu infeksiyadan həyatını itirib.

Mitfordun gündəliklərinin, bəlkə də ən narahatedici tərəfi, hələ də kritik suallara cavab verməməsidir.

Brayt deyir: "Yunitinin Hitlerlə münasibətinin nə olduğunu başa düşmək hələ də çox çətindir və bu, əsəbləri tarıma çəkir".

Mitfordun Fürer haqqında qırmızı mürəkkəblə yazdığı bütün şok edici qeydlərə baxmayaraq, onunla bir münasibətinin olub-olmadığına dair dəqiq məlumat yoxdur. Əgər olubsa, Hitlerin gizli ailəsinin Britaniyada yaşamaq ehtimalı mövcuddur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1784   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr