İlon Mask 4 yaşlı oğlunu niyə özü ilə hər yerə aparır?

İlon Mask 4 yaşlı oğlunu niyə özü ilə hər yerə aparır?"Space X" və "Tesla"nın qurucusu "X" platformasının sahibi, milyarder hara gedirsə getsin, 4 yaşındakı oğlunu özü ilə aparır. 3 fərqli qadından ümumilikdə 12 uşaq sahibi olan Maskın Lil X adı qoyduğu oğluna düşkünlüyü hər kəsin diqqətini çəkir. Dünyanın ən zəngin adamının övladını daim özü ilə gəzdirməsi isə bir sıra iddiaların ortaya atılmasına səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Maskın bu addımı onun oğlunu çox sevməsi, yoxsa bu işin arxasında daha strateji səbəb dayanması barədə suallar yaradıb.

Gəlin, İlon Maskın ailə həyatındakı bu qeyri-adi mənzərəni nəzərdən keçirək.

Yaşıdları parkda oyun oynayarkən Lil X iş iclaslarındadır ya da dünya liderləri ilə poz verir.
Hətta Maskın danışdığı konfranslardan birində səhnəyə çıxan Lil X-in atasının ayağını qucaqladığı, səhnədən düşürüldükdən sonra yemə geri qayıtdığı anlar ictimaiyətdə narahatlıq doğurmuşdu. Uşaq inkişaf mütəxəssisləri bu yaşlardakı uşağın nizamlı həyata ehtiyac duyduğunu deyir. Bu gün 4 yaşında olan Lil X isə uşaqlığından bəri xüsusi təyyarələrlə bir qitədən başqa qitəyə, iş səyahətlərinə gedir.

Ən pisi isə odur ki, bütün bunların Maskın imici üçün atdığı addımlar olduğu iddia edilir.

Qeyd olunur ki, adı çox sayda böhran və qalmaqallarda hallanan milyarder oğlu vasitəsilə daha humanist imic formalaşdırmağa çalışır.
Hətta "Tesla" səhmlərinin ucuzlaşdığı ya da sosial şəbəkə paylaşımlarına görə tənqid olunduğu vaxtlarda Lil X-in daha çox ön planda olması bu iddiaları gücləndirmişdi.

Uşağın anası Enn Qrayms da oğlunun bu qədər kameralar qarşısında olmasından məmnun deyil. O, müsahibələrinin birində deyib:

"Uşaqların göz önündə olmaması gərəkdiyini düşünürəm. Amma oğlum daim göz önündədir. İlon onu bir növ vəliəhdi kimi görür".

Məlumata görə, Mask oğlunun anası ilə qəyyumluq "müharibə"si aparır və uşağı anasına göstərmir. Qrayms ötən il sosial şəbəkədə paylaşım edərək İlona oğlunu görməyə icazə verməsi üçün çağırış etsə də, qısa müddət sonra silmişdi. Onun paylaşımını hansı səbəbdən silməsi isə maraq doğurmuşdu.

Daha sonra üzə çıxan məhkəmə sənədləri İlonun qəyyumluqla bağlı mürcaiət üçün Texas ştatını seçdiyini göstərdi.

Bəs niyə Texas?

Çünki buradakı qaydalar aliment ödənişlərinə məhdudiyyət qoyur. Yəni dünyanın ən varlı adamı da alimentə görə hesab-kitab edirdi. Lil X-in ana nənəsi də İlon Maska sosial şəbəkələrdən səslənmişdi: "Xahiş edirəm, İlon, bu, ailəmiz üçün çox ağrılıdır. Uşaqlar nənənələrini görməlidir".

Bu duyğusal çağırışlar uşağın anası ilə atası arasındakı hüquqi mübarizənin ortasında qaldığını göstərir.

İlonun digər uşaqları haradadır?

Onun digər uşaqlarının gözlərdən uzaq həyatı seçdiyi ya da ataları ilə münasibətlərinin daha məsafəli olduğu düşünülür. Hətta bəzi uşaqları ilə aralarındakı münasibətlərin qırıldığı deyilir. Hətta onun cinsiyyətini dəyişdirən bir övladı rəsmi olaraq soyadnı dəyişmiş və artıq bioloji atası ilə hər hansı əlaqə yaratmaq istəmədiyini demişdi. Bu da Maskın necə ata olması barədə suallar doğurur.

Balaca Lil X böyüyəndə bu həyat təcrübəsinin onu necə formalaşadıracağını isə zaman göstərəcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1653   Tarix: 24 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr