Qara dəliklərlə bağlı daha bir YENİLİK
Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər.
Lent.az NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının müşahidəsi prosesi zamanı sübut əldə edilib ki, qara dəliklərin şüalanmaları onların qidalanaraq böyümələri üçün lazım olan qazı soyuda bilirlər. Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər. Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.
Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur. Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi. Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir. Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub. Fotonun sol tərəfində Persey adlı qalaktika topası, sağ tərəfində isə Sentavr adlı qalaktika topası əks olunub.
Fotodakı bənövşəyi axınlar qara dəliklərdən ifraz olunan rentgen şüalanmasıdır. Çəhrayı-qırmızı xətlər isə soyuma prosesində olan qazdır. Əldə edilmiş məlumatların analizi onu göstərib ki, soyuq və isti qaz xətləri arasında əlaqə mövcuddur. Belə ki, onların parlaqlıqları və arxitekturaları bir-birilərinə bağlıdırlar. Qara dəlik tərəfindən ifraz edilən güclü şüalanma ətrafdakı qazda turbulentlik yaradaraq onun soyumasına səbəb olur. Daha sonra isə soyumuş qaz yeni qida mənbəyi qismində qara dəliyə geri qayıdır və bu proses davamlı şəkildə təkrarlanır. Bu yeni kəşf sözügedən mexanizmin təkcə qara dəliklər üçün deyil, həmçinin qalaktikalarda yeni ulduzların formalaşması prosesinin işə salınmasında vacibliyini ortaya qoyub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1312 Tarix: 29 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabr