Çin Ay təqviminə görə Yeni ili qarşılayır: Rəngarəng məbəd yarmarkaları və qədim ənənələr
Yanvarın 28-dən 29-na keçən gecə Çində Şərq təqviminə görə Yeni il - çinlilərin özlərinin "Chunjie" (Bahar bayramı) adlandırdığı festival başlayıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Pekində onminlərlə insan səhərdən qohum və yaxınları ilə birlikdə Çinin əsas bayramının ab-havasına qoşulmaq üçün məbəd ərazilərinə toplaşmağa başlayıb.
Məbəd yarmarkaları - miaohui - iki min ildən artıq tarixə malikdir. Onlar ölkədə təkcə Yeni ildə deyil, məhz Bahar bayramında xüsusi təntənə ilə keçirilir. Festivalda xalq mahnıları, şir və əjdaha rəqsləri, ənənəvi opera, yumoristik səhnəciklər və akrobatik nömrələr nümayiş olunur.
Tacirlər yarmarka meydanlarında sıra ilə düzülərək qonaqlara küçə yeməklərinin geniş çeşidini - tanghulu (çubuqda şəkərlənmiş meyvələr), düşbərə, kabablar, tofu, niangao (yapışqanlı düyüdən desert), əriştə və bir çox başqa təamlar təklif edirlər.
Yeməkdən əlavə, festivallarda bayram atributları olan müxtəlif suvenirlər - kağız balıqlar, qırmızı fənərlər, ənənəvi geyim və baş geyimləri, kalliqrafiya və tikmələr satılır. Uşaqlar üçün yarmarkada böyüklərin də həvəslə iştirak etdiyi oyunlar və müsabiqələr təşkil olunur.
Həmçinin çinlilər əcdadlara ehtiram mərasimi keçirir, yeni ildə xoşbəxtlik və uğur diləmək üçün daoist, konfutsi və buddist məbədlərini ziyarət edirlər.
Pekində məbəd yarmarkaları 4 fevraladək davam edəcək Yeni il tətili ərzində açıq olacaq.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə Çində "Yaşıl ağac İlan ili" başlayıb. Çin astrologiyasında 12 bürc işarəsi bir-birini dövrü olaraq əvəz edir. Beləliklə, növbəti il "Qırmızı od Atı" işarəsi altında keçəcək. Hər dəfə bu və ya digər işarə dünyanın yarandığı beş elementdən biri ilə - metal, ağac, su, od və torpaqla birləşir. Hər elementin öz rəngi var: ağ, yaşıl, qara (və ya göy), qırmızı və sarı. Beləliklə, 60 illik dövr yaranır ki, bunun içində, məsələn, İlan ağ və metal, yaşıl və ağac, qara (və ya göy) və su, qırmızı və od, sarı və torpaq olur. "Yaşıl ağac İlan ili" son dəfə 1965-ci ildə qeyd olunub.
İlan - və ya Səma İmperiyasında onu adlandırdıqları kimi kiçik əjdaha - çinlilərdə müdriklik, yaradıcılıq, uyğunlaşma və rifah ilə assosiasiya olunur. Çin mədəniyyətində ilan Qərbdə olduğu kimi kəskin mənfi çalarlar daşımır. Bu işarə "in qüvvəsi" - qadın qaranlıq passiv metafizik başlanğıc ilə bağlıdır. Çin mifologiyasında bəşəriyyətin yaradıcısı olan ilahə Nyuyva insan başlı və ilan bədənli varlıq kimi təsvir olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1126 Tarix: 29 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabr