Hindistanın iki "dəli" yoqu

Hindistanın iki "dəli" yoquHər il Hindistanın Prayaqraj şəhərində keçirilən "Kumbxa Mela" festivalında qeyri-adi qabiliyyətə malik insanlar və milyonlarla tamaşaçı iştirak edir.

Bu ilki festivalda qeyri-adi həyat tərzi, əcaib görünüşləri ilə fərqlənən yoqların arasında iki nəfər turistlərin diqqətini xüsusilə cəlb edib. Onlardan biri iti tikanlı akasiya budaqlarından düzəltdiyi "çarpayısında" uzanaraq öz dözümünü nümayiş etdirən Kante Vale Baba adlı yoq, digəri isə başında səməni cücərdən Anaj "Taxıl Baba"dır.

Heyrətamiz güc və dözümlülük nümayiş etdirən bu yoq, akasiya tikanlarından düzəltdiyi yataqda uzanaraq meditasiya edir.

Baxanlar onun inanılmaz "sadhana"sına (mənəvi gücünə) heyran qalırlar. Akasiya tikanları normal insanı çox ağrıtsa da, Kante Vale Baba heç bir ağrı hiss etmədiyini iddia edir.

O, bədəninə kül sürtərək əlində balaca nağarasının müşaiyəti ilə özünün dodağaltı dualarını oxuyur. Bununla da o, sanki başqa aləmə, hissiz, duyğusuz bir dünyaya səyahət edir. Tikanların ağrısını və kəskin gecə soyuğunu hiss etməməsi Kante Vale Babanı möcüzəvi güc sahibi kimi göstərir.

Hindistanlı zəvvarlar bu yoqun ruhunun gücünə və dözümlülüyünə hörmət əlaməti olaraq, onun ayaqlarına toxunur və qarşısına pul atırlar.

Başında taxıl əkən yoq

Festivalın ən maraqlı personajlarından biri də "başında yulaf tarlası yetişdirən Baba"dır. Bu yoqun adı Anaj Vale Babadır. O, hesab edir ki, taxıl dünyadakı bütün qidaların mənbəyini təmsil edir. Yoq başında taxıl cücərtməklə təbiətə minnətdarlıq və bərəkətin qədrini bilməyi təbliğ edir. Anaj maddi nemətlərdən uzaq, sadə həyat tərzi sürür və başqalarına da bu yolla getməyi tövsiyə edir.

Zəvvarlar, yerli sakinlər və turistlər onunla görüşmək üçün növbəyə dururlar. Səməni Baba hər kəslə çox rahat ünsiyyət qurur və öz dünyagörüşünü bölüşür. Onun fikrincə, müasir insanlar təbiətdən uzaqlaşdıqlarına görə maddiyyatçı, tamahkar olublar. Halbuki təbiətdə bütün insanlara bəs edəcək qədər qida, su və günəş işığı var. Biz təvazökar və sadə yaşamalı, təbiəti sevməli, qorumalı, təbii nemətləri başqaları ilə bölüşməliyik.

Səməni Baba Sonbhadra şəhərindəndir. O, son beş ildə başında müxtəlif növ taxıl bitkiləri yetişdirir.

"Hazırda cücərtdiyim səməni 24 gündür başımda boy atır. Ona yaxşı qulluq edirəm ki, aylarla yaşıl qalsın və solmasın" – deyə yoq açıqlamasında qeyd edib.

"Taxıl Baba" demək olar ki, uzanıb yatmağa həsrətdir. O, sadəcə, oturaq vəziyyətdə yatır. Özünün dediyi kimi, "başındakı yaşıllığa tarla olduğuna görə" beş ildə bir an belə uzanmayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 973   Tarix: 29 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

İranın blokadasından sonra ABŞ tərəfindən ələ keçirilən gəmilərin sayı 115-ə çatıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasının bərpasından bəri İran limanlarına gedən və ya oradan gələn 115 ticarət gəmisini ələ keçirib. xəbər verir ki, bəyanatda deyilir: "Mərkəzi Komandanlıq qüvvələri ABŞ-ın "polad divar"

24 sentyabr
.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi

25 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr