Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi
Qazaxıstanda iğtişaşlar təşkil etməkdə və adam qaçırmaqda ittiham olunan "Vəhşi Arman" həbsxanada özünə xəsarət yetirib.
Oxu.Az-ın "Sputnik Qazaxıstan"a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Cəza İcra Sistemi Komitəsindən xəbər verilib.
Bildirilir ki, onun səhhəti qənaətbəxşdir.
"Məhkum özünə cüzi xəsarətlər yetirib. Tibbi yardım dərhal göstərilib. O, xüsusi nəzarət altındadır", - deyə məlumatda bildirilir.
Qurumdan vurğulanıb ki, faktla bağlı xidməti yoxlamalara başlanılıb.
Qeyd edək ki, "Vəhşi Arman" kimi tanınan Arman Cumageldinov Almatıda 2022-ci ilin yanvar iğtişaşlarından dərhal sonra həbs edilib. O, bu iğtişaşların təşkilində ittiham olunub.
İstintaqın versiyasına görə, "Vəhşi Arman" iğtişaşlar zamanı insanları oğurlayıblar: 24 təsadüfi sakini qaçırıb və döyüblər. Nəticədə bir nəfər vəfat edib.
Onunla birlikdə daha altı nəfər saxlanılıb, onlardan müxtəlif markalı və çaplı dörd yarımavtomat tapança, döyüş sursatı, soyuq silah və zirehli avtomobil müsadirə edilib.
Baş Prokurorluqdan bildirilib ki, Cumageldinov iğtişaşlar təşkil etməli, kütləni nəzarətə götürməli və hakimiyyətə vahid ultimativ tələblər irəli sürmək üçün "xalq şurası" yaratmalı idi. Bu işdə ona Almatı Məslihatının keçmiş deputatı və Qazaxıstan hotelinə təşkilatlanmış şəkildə girən banditləri silahlandıran cinayətkar qrupun fəal üzvü Talqat Maxatov kömək edib.
Cari il yanvarın 27-də "Vəhşi Arman" 20 il müddətinə həbs cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 926 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrQadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrBir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabr