İran kosmik proqram pərdəsi altında gizli nüvə silahı hazırlayır?
"İran Müdafiə Nazirliyinin nüvə işləmələrinə cavabdeh olan gizli agentliyi ölkənin kosmik proqram obyektlərində fəal şəkildə çalışır".
Oxu.Az-ın "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (NCRI) hesabatından aydın olub.
Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı əvvəllər yalnız kosmik işləmələrlə bağlı hesab edilən Şahrud və Səmnan obyektlərində nüvə başlıqlarının yaradılması üzərində işini gücləndirib.
Hesabatda xüsusi diqqət Tehranın 2024-ci ilin sentyabrında "Chamran-1" tədqiqat peykini buraxmaq üçün istifadə etdiyi "Qaem-100" daşıyıcı raketinə yönəlib. NCRI ekspertləri hesab edirlər ki, bu raket nüvə başlığı daşıya bilər.
Bundan əlavə, Səmnandakı kosmodromundan ağır peykləri orbitə çıxara bilən, lakin həm də nüvə yüklərinin çatdırılması üçün uyğunlaşdırılan maye yanacaqlı "Simorgh" tipli raketlərin yaradılması üçün istifadə edildiyi güman edilir.
Kanalda bildirilib ki, İran prezidenti Məsud Pezeşkianın ölkənin nüvə silahı yaratmaq məqsədi daşımadığı barədə bəyanatlarına baxmayaraq, NCRI-nin hesabatı dünya ictimaiyyətində ciddi narahatlıq doğurub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 600 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulİsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyul