Papuaşvili: Qəbul etdiyimiz qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb
Gürcüstan hökumətinin qəbul etdiyi qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Spiker sosial şəbəkədə Ukraynada mümkün hərbi eskalasiya ilə bağlı 2022-ci il fevralın 1-də qəbul edilən parlament qətnaməsi barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, qətnamənin əsas məqsədi Ukraynanın suverenliyinə dəstək ifadə etmək və bölgədə müharibənin qarşısını almağa çağırış etmək olub.
Ş.Papuaşvili qeyd edib ki, həmin vaxt radikal müxalifət bu qətnaməyə səs verməkdən imtina edib, çünki sənədi Rusiya ilə kifayət qədər sərt mövqedə olmamaqda ittiham edirdi.
"Müharibədən bir ay öncə qəbul etdiyimiz qətnamənin mahiyyəti Ukraynanın suverenliyinə hörmət, həmrəylik nümayişi və ən əsası müharibənin baş verməməsinə çağırış idi. Lakin müxalifət qətnamənin Rusiyaya qarşı kifayət qədər sərt olmadığını iddia edərək ona dəstək vermədi", - o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 679 Tarix: 01 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrDünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabr