Trampın rüsum fərmanına ilk reaksiya Meksikadan gəlib: Cavab rüsumları tətbiq ediləcək
Meksika ABŞ-nin rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək.
"Report" xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Onun sözlərinə görə, Mexiko Vaşinqtonla dialoqa açıqdır və problemlər tariflərin tətbiqi ilə deyil, danışıqlar və dialoq yolu ilə həll olunur:
"İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirlərini özündə əks etdirən "B" planını həyata keçirməyi tapşırıram. Biz Ağ Evin ərazimizə hər hansı müdaxiləsini və cinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinə qarşı böhtanı qəti şəkildə rədd edirik. Meksika qarşıdurma istəmir və biz qonşu ölkələr arasında əməkdaşlıqdan başlayırıq. Meksika fentanilin ABŞ-yə və ya başqa yerə daxil olmasını istəmir.
Əgər Birləşmiş Ştatlar narkotik alveri edən və zorakılıq yaradan cinayətkar dəstələrlə mübarizə aparmaq istəyirsə, biz birlikdə işləməliyik. Bu məqsədlə mən Prezident Trampa ən yaxşı ictimai sağlamlıq və təhlükəsizlik ekspertlərimizdən ibarət işçi qrupu yaratmağı təklif edirəm".
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə fərmanlar imzalayıb. Fərmanlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 862 Tarix: 02 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq
İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir
25 sentyabr