Sıldırımın əkiz məbədləri
Çinin Quyçjou əyalətinin cənub-qərb hissəsindəki Səmaaltı ərazisində tarixin özü qədər qədim vulkanların övladı olan Fansizinşan dağı ucalır. Qeyri-adi sıldırım qayalıqları olan bu dağ təbii gözəlliyinə və orijinallığına görə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qeyri-adi bir təbiət möcüzəsidir.
Yerli sakinlərin Məbəd dağı adlandırdığı bu məkan özünün xüsusi bitki örtüyü və dağ-meşə heyvanları ilə seçilir. Dumanlı-qarlı zirvəsində qoşa məbəd ucalan Fansizinşan dağı buddistlərin ən müqəddəs yerlərindən sayılır.
Hələ qədim Çində, Tan sülaləsi dövründə (VII-X əsrlər) bu dağın döşündə çoxlu sayda məbəd mövcud olub. Həmin məbədlər bu günümüzə gəlib çatmasa da zirvədə qoşa üzük qaşına bənzəyən bu iki məbəd hələ də öz varlığını qoruyub saxlamaqdadır.
Bu gün Məbəd dağının iki barmağa bənzəyən zirvələrində qədim qoşa məbədlər baş-başa verib öz ömürlərini sürdürməkdədirlər. Bu yanaşı zirvələrdə qoşa ucalan məbədləri yerli əhali "əkiz məbədlər" də adlandırır.
Həmin tikililərin biri Budda məbədi, digəri isə Maitreya məbədi kimi tanınır. Maraqlıdır ki, yanaşı ucalan bu məbədlərin arasında dərin sıldırım var. Lakin buddistlər əkiz qardaş sayılan məbədləri biri-birindən ayrı düşməyə qoymayıblar. Odur ki, məbəddən məbədə keçid etmək üçün sıldırım üzərindən qayadan-qayaya körpü inşa ediblər. Həmin körpü vasitəsilə ziyarətçilər bir məbəddən digərinə keçmək imkanı əldə edirlər. Buddistlər aradakı bu körpünü "məbədlərin ortaq ürəyi" adlandırırlar.
Dağın aşağısından zirvəsinə gedib çatmaq üçün ziyarətçilər sıldırım qayalar üzərində oyulmuş uzun pilləkənlə qalxırlar. Əlbəttə, buddist inancına görə nirvanaya doğru irəliləmək, ən keçilməz yollarla olsa belə, heç zaman qorxulu olmamalıdır. Yəni, qəlbində müqəddəs amalla yola çıxan ziyarətçini ən keçilməz maneələr belə öz yolundan döndərə bilməz. Ziyarətçilərin dediyinə görə onlar bu yolla irəliləyərkən, pilləkənlər boyu nə az, nə çox, düz 8888 addım atırlar. 8 rəqəmi buddizmdə səkkiz pilləli yoqa təliminə işarədir. Ürəyində arzu tutub ziyarətə yollanan ziyarətçilərin hər iki məbədi ziyarət etmələri daha doğru sayılır. Çünki inanca görə məbədlərdən birinin hansısa arzunun çin olmasına gücü çatmaya bilər, ona görə də ziyarətə qalxan buddist mütləq aradakı körpüdən adlamalıdı.
Əkiz məbədlər Fansizinşan dağının zirvəsində, dəniz səviyyəsindən 2572 metr yüksəklikdə yerləşirlər. Zəvvarlar zirvəyə qalxmaq üçün təxminən 4 saat vaxt sərf edirlər. Əkiz məbədləri ziyarətə qalxan turistlər öz həyatlarının ən ekstremal və unudulmaz məqamlarını yaşayırlar. Zirvədən görünən təbiətin saflığı burada hər bir insanı nələrəsə inandırmağa çalışır. Təkcə inanclı buddistlər deyil, hər il minlərlə xarici turist də bu məbədlərin görüşünə qalxır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1099 Tarix: 04 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrİlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrYüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi
Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd
23 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabr