Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
"Bu, ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyrənəcəklər. Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik", - deyə Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1227 Tarix: 05 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrRusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı
22 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabr