Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur... - VİDEO
1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 350 ailə yaşasa da, bu gün qalan ailələrin sayı heç 10-a çatmır.
Ölkə.az xəbər verir ki, kənddə qalan şəxslər isə daha çox yaşlı insanlardır.
Qar yağanda kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər isə Sarıbaşdan ildə bir dəfə çıxa bilirlər.
Sakinlərin sözlərinə görə, kənddə məktəb, tibb məntəqəsi, həkim, tibb bacısı yoxdur, hətta xəstələnəndə rayon mərkəzinə getməyə şərait də yoxdur:
"Gediş-gəlişin çətin olması səbəbindən camaat rayona köçüb getdi. Kənddə 10 ailə yaşayır. Burada hava məlumat bürosunda işləyənlər də var. Buradakı çayın üzərinə körpü lazımdır. Yayda bəzən elə olur ki, aylarla bura maşın gələ bilmir. Sel-su çox olur, ona görə də burada yaşayan camaat məcbur qalıb atlardan istifadə edir. Dağ kəndlərinin arana köçürülməsi qanunu çıxandan sonra kənddə köçürülmə başladı, onlar Cəlayir kəndinə köçürüldülər. Bizim 24 çarpayılıq xəstəxanamız var idi. Orada əməliyyat blok otağı da olub. İndi nə həkim var, nə tibb bacısı, nə də xəstəxana".
Daha ətraflı İTV-nin hazırladığı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
Pensiyalar bu tarixdə ödəniləcək
"O, usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım..."
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Azərbaycanda toylarda YENİLİK: Bəyə "kirayə dostlar" tutulur
Tək yumruq zərbəsi həyatını məhv etdi: ailə verilən cəzaya etiraz etdi
Çekə yazdığı sözə görə işindən oldu - VİDEO
Makaronu daha dadlı edən sadə sirr
Bu günə qədər çay içməmişik - Dəmliyə bir azca atın: Qoxusuna qonşular gələcək
Damar tıxanıqlığının əsas səbəbi bu imiş...
Niyə yuyucu vasitəyə duz əlavə olunur? - Evdar qadınların sirləri
Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı
Aytən Səfərova qiymət bahalığından şikayətləndi