Superboul-2025 futbol oyununda Teylor Svifti fitə basdılar

Superboul-2025 futbol oyununda Teylor Svifti fitə basdılarÖtən gecə ABŞ-nin Nyu-Orlean şəhərində ölkənin Milli Futbol Liqası (NFL) mövsümünün 59-cu final oyunu olan Superboul-2025 keçirilib. "Kanzas Siti Çifs" və "Filadelfiya İqlz" komandalarının qarşılaşdığı oyuna məşhur müğənni Teylor Svift də tamaşaçı qismində qatılıb.

Oxu.Az-ın xəbərinə görə, oyunda baş verənlər barədə Sport-express.net nəşri yazıb.

Məlumdur ki, Superboul əsas idman tədbiri olmaqla yanaşı, həm də dünyada ən mühüm pop-mədəni və kommersiya tədbirlərindəndir.

Matçın yüksək reytinq qazanmasının səbəblərindən biri də Teylor Svift və "Kanzas Siti Çifs"in oyunçusu Trevis Kelsinin sevgili olmalarıdır. Belə ki, keçən il Trevisin komandası qalib gəldikdən sonra sevgililərin öpüşdükləri kadrların əks olunduğu foto bütün dünyada yayılmışdı və Superboula böyük reytinq qazandırmışdı. Bu dəfə isə komandasının qalib gələcəyi təqdirdə, idmançının Sviftə evlilik təklifi edəcəyi və bu hadisənin bütün reytinqləri partladacağı gözlənilirdi. Lakin gözlənilən təklif gəlməyib. Çünki "Kanzas Siti Çifs" oyunda məğlub olub.

Teylor Svift isə futbol azarkeşləri tərəfindən fitə basılıb. Müğənni hər dəfə böyük ekranda göstəriləndə bütün stadion ona qarşı narazılığını bildirib və fitə basıb. Svift isə buna sadəcə istehzalı təbəssümlə cavab verib.

Ehtimal edilir ki, tamaşaçıların müğənniyə qarşı belə davranışına səbəb sevgililərin oyundan əvvəlki axşam şam yeməkləri ola bilər. Məsələ burasındadır ki, idman ictimaiyyətində idmançıların oyundan əvvəl həyat yoldaşları və ya sevgililəri ilə vaxt keçirmələri pis əlamət hesab edilir və komandanın məğlub ola biləcəyinə yozulur. Trevis Kelsinin "Kanzas Siti Çifs" komandası da nəticədə həlledici matçda uduzub. Bu səbəbdən gözlənilən evlilik təklifinin də baş tutmayacağı düşünülür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1184   Tarix: 10 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onun bir çay qaşığı bütün insanların çəkisindən ağırdır

Alimlər kainatda mövcud olan ən sıx maddənin xüsusiyyətlərini açıqlayıblar. Onların hesablamalarına görə, neytron ulduzundan götürülmüş bir çay qaşığı maddənin çəkisi Yer üzündə yaşayan bütün insanların ümumi çəkisindən daha çox olardı. xəbər verir ki, astrofiziklərin bildirdiyinə görə, neytron ulduz

14 iyun
.

Vulkan püskürməsi Çində Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA

1640-cı ildə Filippində Parker vulkanının püskürməsi Çində Min sülaləsinin süqutuna səbəb olan amillərdən biri ola bilər. Bern Universitetinin Tarix İnstitutunun tədqiqatçısı Riçard Uorren bu qənaətə gəlib. xəbər verir ki, bu barədə məlumat "South China Morning Post" qəzetində dərc olunub

16 iyun
.

Yol qəzalarında daha çox qadınlar xəsarət alır: səbəbi bu imiş

Avstriyalı alimlər müəyyən ediblər ki, müasir avtomobil təhlükəsizlik sistemləri yol-nəqliyyat hadisələri zamanı kişiləri və qadınları eyni dərəcədə qoruya bilmir. Bunun əsas səbəbi təhlükəsizlik texnologiyalarının uzun illər əsasən kişi bədən quruluşu nəzərə alınaraq hazırlanması ilə əlaqələndirilir

14 iyun
.

Niyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt

Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət

16 iyun
.

Ağdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var

Ağdam rayonunda güllələnmə hadisəsi baş verib. Oxu Az-ın məlumatına görə, hadisə iyunun 14-də axşam saatlarında rayonun Çullu kəndi ərazisindəki otlaq sahədə qeydə alınıb. Kənd ərazisində çoban işləyən 1979-cu il təvəllüdlü Elşad Gözəlov digər sahibkarın fermasında çoban işləyən 1975-ci il təvəllüdl

15 iyun
.

"WhatsApp" bəzi telefonlarda fəaliyyətini dayandıracaq

WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub. xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq. Yeni qaydalara əsasən, 30 noyab

13 iyun
.

Ağ krossovkalar artıq dəbdə deyil: Bu yay cinslərlə hansı ayaqqabı daha uyğundur?

Ağ krossovkalar tədricən öz yerini yeni favoritə verir və cins şalvarla belə daha yaxşı görünən ayaqqabı 2026-cı ilin dəb trendinə çevrilir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, bu yay moda dünyasının mərkəzində loaferlər dayanır - onlar mövsümün ən aktual ayaqqabı modellərindən biri sayılır

11 iyun
.

Alimlər yeni bioloji saatı təqdim etdilər

Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesin

16 iyun
.

Qabyuyan maye ilə unitaz təmizləməyin ÜSULU

Hamam otağında təmizliyi qorumaq çox vaxt həm vaxt aparır, həm də güclü kimyəvi vasitələrin istifadəsini tələb edir. Lakin unitazdakı çirk və xoşagəlməz qoxunu sərt kimyəvi maddələr olmadan aradan qaldırmağa kömək edən daha sadə bir üsul var. Söhbət adi qabyuyan mayedən gedir. xəbər verir ki, bu üsu

14 iyun