Fevralın 28-də ilin ikinci "planetlərin böyük paradı" müşahidə olunacaq

Fevralın 28-də ilin ikinci "planetlərin böyük paradı" müşahidə olunacaqFevralın 28-də ilin ikinci "planetlərin böyük paradı" müşahidə olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Verilən məlumata görə, axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək. Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

Günəş batdıqdan dərhal sonra müşahidəyə başlamaq məsləhətdir, çünki bəzi planetlər qərb tərəfdə üfüqə yaxın olduqları üçün tez batırlar. Şəhər işıqlarından uzaq, açıq və təmiz bir səma altında planetləri müşahidə etmək daha yaxşı nəticə verəcək.

"Planetlərin böyük paradı" nadir astronomik hadisədir və hər 20 ildən bir baş verir. Bu cür hadisələr astronomiyaya olan marağı artırır və gecə səmasını daha da gözəlləşdirir. "Planetlərin paradı" tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.

Xatırladaq ki, ilin birinci "planetlərin böyük paradı" yanvarın 21-də müşahidə olunmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1157   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr