Polşa quşların mühafizəsini zəiflətmək istəyir - SƏBƏB İSƏ...
Polşa Müdafiə Nazirliyi hesab edir ki, quşların həddən artıq sərt qorunması ölkənin təhlükəsizliyinə təhdid yarada bilər.
Sonxeber.az xəbər verir ki, bu barədə "Dziennik" nəşri nazirliyin rəsmi bəyanatına istinadən məlumat yayıb.
"Müəyyən quş növlərinin yuvalarının dağıdılmasına icazə verilməməsi ilə bağlı uzunmüddətli prosedurlar bir çox investisiyaların, o cümlədən müdafiə layihələrinin ləngiməsinə səbəb ola bilər. Müasir geosiyasi vəziyyətdə bu, yolverilməzdir", deyə Müdafiə Nazirliyindən bildirilib.
Jurnalistlərin məlumatına görə, Polşanın Rusiya və Belarusla sərhədini möhkəmləndirmək məqsədilə hərbçilər meşələri qırır və bu da nadir quş növlərinin yaşayış mühitini məhv edir. Ekologiya fəalları buna cavab olaraq, mühafizə olunan quş növlərinin siyahısını genişləndirməyi təklif edib və bu təşəbbüs İqlim və Ətraf Mühit Nazirliyi tərəfindən dəstəklənib.
10 iyun tarixində Polşa Nazirlər Şurası "Tarcza Wschod" (Şərq qalxanı) proqramını təsdiqləyib. Layihə Rusiya və Belarusla sərhəddə istehkamlar, sədlər, bunkerlər və müşahidə sistemlərindən ibarət müdafiə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. "Şərq qalxanı"nın ümumi dəyəri 10 milyard zlotı (hazırkı məzənnə ilə 2,5 milyard dollardan çox) olaraq qiymətləndirilir və tikinti işlərinin 2028-ci ildə tamamlanması planlaşdırılır.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 859 Tarix: 12 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulTramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
7 iyulMəşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyul