Bu ilin yanvarı dünyada ən isti ay kimi tarixə düşdü
Yer səthinə yaxın havanın orta temperaturu 13,23°C-ə çataraq, 1991-2020-ci illər üzrə orta göstəricidən 0,79°C daha yüksək olub.
Bu ilin yanvarı sənaye dövrü əvvəli səviyyədən 1,75°C daha isti olub. Son 19 ayın 18-də qlobal temperatur sənaye dövrü əvvəli səviyyədən 1,5°C daha yüksək olub.
Fevral 2024-cü il - yanvar 2025-ci il aralığında olan son 12 ayda temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,73°C, sənaye dövrü əvvəli səviyyədən isə 1,61°C daha yüksək olub.
2025-ci ilin yanvar ayında dəniz səthinin orta temperaturu müşahidə tarixində ikinci ən yüksək göstərici olub. Bu göstərici yalnız 2024-cü ilin yanvar rekordundan bir qədər aşağıdır. Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim məsələləri üzrə strateji rəhbəri Samanta Bercess qeyd edib ki, 2025-ci ilin yanvar ayı temperatur göstəriciləri ilə insanları heyrətləndirməyə davam edir. O, son iki ildə müşahidə olunan rekordları davam etdirib. Bu artım Sakit okeanın tropik bölgəsində müvəqqəti soyuducu təsir göstərən La-Niña hadisəsinə baxmayaraq baş verib.
Yanvar ayında Avropa ümumilikdə anomal dərəcədə isti olub. Orta temperatur 1,8°C daha yüksək olub ki, bu da tarixdə ikinci ən isti yanvar (birincisi 2020-ci ilin yanvarıdır) hesab olunur. Xüsusilə Cənubi və Şərqi Avropada, o cümlədən Ukrayna və Rusiya ərazisində temperatur xüsusilə yüksək olub. Lakin İslandiya, Böyük Britaniya, İrlandiya və Şimali Skandinaviya kimi bəzi bölgələrdə temperatur orta göstəricidən aşağı olub.
Avropadan kənarda isə...
Kanadanın şimal-şərqi və şimal-qərbi, Alyaska, Sibir, Cənubi Amerika, Afrika, Avstraliyanın böyük hissəsi və Antarktida isti temperatur qeydə alınıb. ABŞ, Çukotka, Kamçatka, Ərəbistan yarımadası və materik Cənub-Şərqi Asiyada temperatur ortalamadan aşağı olub.
Yanvar ayında hidroloji dəyişikliklər də müşahidə olunub. Qərbi Avropa, İtaliya, Skandinaviya və Baltikyanı ölkələrdə güclü yağıntılar baş verib və bu, daşqınlara səbəb olub.
Böyük Britaniyanın şimalı, İrlandiya, Şərqi İspaniya və Şimal Qara dəniz sahillərində isə quraqlıq qeydə alınıb. Alyaska, Kanada, Şərqi Avstraliya, Cənub-Şərqi Afrika və Braziliyanın cənubunda daşqınlar olub. ABŞ-ın cənub-qərbi, Şimali Meksika, Şimali Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Çin, Cənubi Afrika, Cənubi Amerika və Avstraliyanın bəzi bölgələrində isə quraqlıq hökm sürüb.
Bundan əvvəl Kiyevdə havanın çirklənməsi səviyyəsinin müvəqqəti olaraq artdığı barədə məlumat verilmişdi.(Lent.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü