Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdır

Seul Ukraynada əsir düşən şimali koreyalı hərbçilərin müdafiəsini təmin etməyə hazırdırCənubi Koreya Ukraynada əsir düşən və cənuba getmək istəyən şimali koreyalı əsgərlərin müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.

"Report" Koreya KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukrayna qüvvələri tərəfindən əsir götürülmüş şimali koreyalı əsgərlərdən birinin Cənubi Koreyada sığınacaq istəməsi barədə məlumata istinadən bildirib.

KİV-in məlumatına görə, Ri soyadlı şimali koreyalı əsgər Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bilmədiyini deyib. Hərbçinin sözlərinə görə, o, təcrübə keçmək adı altında Rusiyaya göndərilib. Əvvəllər Şimali Koreyanın Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə təxminən 11 min hərbçi göndərdiyi bildirilmişdi.

"Konstitusiyaya əsasən, Şimali Koreya əsgərləri bizim vətəndaşlarımızdır və onların repatriasiya ilə bağlı azad iradəsinə hörmət beynəlxalq hüquqa və adi təcrübəyə uyğundur", - nazirlikdən bildirilib.

Seul öz mövqeyini Kiyevə çatdırıb və bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Nazirlik həmçinin vurğulayıb ki, insanlar təqib oluna biləcəkləri yerlərə zorla qaytarılmamalıdır.

Qeyd olunub ki, Şimali Koreyanın iki hərbçisi Rusiyanın qərb sərhədində, Kursk vilayətində döyüşlər zamanı Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Onlardan biri əvvəllər Cənubi Koreyaya köçmək istədiyini bildirmişdi.

Seul vətəndaşların qəbulu qanunları və əsas prinsiplərinə uyğun olaraq əsgərlərin lazımi müdafiəsini təmin etməyə və dəstək verməyə hazır olduğunu bəyan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1095   Tarix: 23 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi

25 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr