"İşğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır" - DEPUTAT
"Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. Böyük Qayıdış proqramının icrası nəticəsində otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən müasir və inkişaf etmiş regionlarından birinə çevriləcək. Regionda geosiyasi vəziyyətə liderlik edən Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Dövlətimiz Lüksemburq və Livan kimi ölkələrdən daha böyük əraziləri xaricdən heç bir maliyyə dəstəyi almadan, yalnız öz iqtisadi gücü hesabına bərpa edir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfərləri çərçivəsində gördüyümüz mənzərələr Böyük Qayıdış proqramının uğurla davam etdiyinin əyani sübutudur".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Böyük Qayıdış proqramı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə söykənən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi üçün olduqca mühüm strateji əhəmiyyət daşıyır:
"Bu baxımdan qeyd etmək lazımdır ki, "Böyük Qayıdış" Proqramının icrası istiqamətində görülən işlər həqiqətən də heyranedicidir. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər yüksək sürətlə və keyfiyyətlə davam etdirilir. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olur, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edir.
Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub.
Deputat bildirib ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Onu da qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun.
Həyata keçirilən bütün bunlar Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünü dünyaya nümayiş etdirir. Hazırda dünyanın bir çox yerində müharibə və münaqişələr şiddətlə davam edir. Bir çox şəhərlər, kəndlər, yaşayış məskənləri viran qalır, insanlar yaşadıqları yerləri tərk etməli olurlar. Dünyada baş verən bütün bu faciələrin əksinə olaraq, Azərbaycan otuz illik həsrətə son qoyaraq, torpaqlarının bərpasını sürətlə həyata keçirir, keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qovuşdurur. Bu istiqamətdə Azərbaycanın qazandığı təcrübə bütün dünyaya örnək təşkil edir. Azərbaycan həyata keçirdiyi bərpa-quruculuq işləri ilə dünyada nümunəvi ölkələrdən biridir".
Sonda deputat bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı" nın icrası tarixi torpaqlarımızın ölkəmizin müasir inkişaf dinamikasına reinteqrasiya olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Dövlət Proqramının sürətlə və arıdıcıl icrası Azərbaycanın gücünün və qüdrətinin daxili və xarici auditoriyaya bir daha nümayiş olunması baxımından da olduqca önəmlidir.
"Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı işlər həyata keçrilməkdədir. Biz gündəlik informasiya bültenlərində də görürük ki, müxtəlif qruplar işğaldan azad olunmuş ərazilərə qayıdır və "Böyük Qayıdış" konsepsiyası çərçivəsində də əhəmiyyətli işlər icra olunur".
Bunu Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyası hazırda ən öndə vəzifə kimi dayanır :
"İlk növbədə infrastrukturun təmin olunması, su, qaz, işıq, internet və digər vacib olanların çəkilməsi ilə yanaşı, həm də keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi mühüm prioritetdir. Digər, əsas məsələ isə bundan ibarətdir ki, "Böyük Qayıdış" proqrmanın icrasında əsas əngəl ərazilərin minalanmasıdır. Ermənistan dövləti işğal dövründə əraziyə milyonlarla piyada və tank əleyhinə minalar basdırmışdır. Bu da "Böyük Qayıdış" prosesini yuvadan amildir. Lakin, buna baxmayaraq işğaldan azad edilmiş ərazilərimizə mimlərlə insanların köçürülməsi nəzərdə tutulmuşdur və bu mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, biz artıq, doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımızla Cənab Prezident İlham Əliyevin də çoxsaylı görüşlərini görmüşük. Xocalıda keçirilən görüş əlbəttə ki, tarixi əhəmiyyətə malik idi. Burada kənd təsərrüfatının, sənayenin inkişafı etdirilməsi əsas məsələdir. Eyni zamanda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyası hazırda ən öndə vəzifə kimi dayanır və hesab edirəm ki, bu proses həm də Azərbaycan iqtisadiyyatına mühüm dividendlər qazandıracaq. Digər məsələ, bölgəyə xarici investisiyanın cəlbidir. Bizə dost olan dövlətlər burada təhsil ocaqları tikib və istifadəyə veriblər, lakin, biz çox istərdik ki, ayrı-ayrı dövlətlər bu işə cəlb olunsun. Çünki bir tərəfdən ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən isə böyük maliyyə vəsiti hesabına infrastrukturun inşası Azərbaycanın çiyinlərindədir və çox istərdik ki, burada həm qələbəmizin legitmləşdirilməsi, həm də iqtisadi maraqların bölgəyə cəlb olunması baxımından bu həyata keçirilsin və beynəlxalq xarakter daşısın".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusuna uyğun olaraq dərc edilir"
Sonxeber.az

Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş