Çində "İt dağı"nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladı

Çində "İt dağı"nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladıÇində uzunluğuna görə dünyanın üçüncü çayı olan Yantszı boyunca yerləşmiş qeyri-adi dağın görüntüləri gündəm olub.

Bu barədə Oxu.Az Dzen.ru nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Şanxaydan olan dizayner Qo Sinşan Sevgililər Günü tətili zamanı Hubey əyalətinin İçan şəhərində yerləşən dağın fotosunu paylaşıb.

Görünüşünə görə itin başına bənzəyən və "İt dağı" adlanan yerin fotosu qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb.

Görüntülərdə bu təbiət mənzərəsi çaydan "su içən" və ya "balığa baxan" itin başını xatırladır.

"Bu, o qədər sehrli və şirin idi ki... Bunu kəşf etdiyim zaman çox həyəcanlı və xoşbəxt idim", - deyə Qo Sinşan bildirib.

Paylaşımdan sonra bir çox sosial şəbəkə istifadəçisi dağın qarşısında çəkdirdikləri fotoları yayımlayaraq, daha əvvəl onun itə bənzədiyinə diqqət etmədiklərini qeyd ediblər. Hətta bəziləri iddia edib ki, dağın forması illər ərzində dəyişib və bu onun sirrini daha da artırır.

Hazırda çox sayda turist və yerli əhali buraya şəkil çəkdirməyə gəlir, bəziləri hətta ev heyvanlarını da özləri ilə aparır ki, onları "daş it balası" ilə müqayisə etsinlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4789   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kondisionersiz evi sərin saxlamağın sadə yolları

Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı

14 iyun
.

İdman ayaqqabılarının arxasındakı halqa BUNUN ÜÇÜN İMİŞ

İdman ayaqqabılarındakı arxa halqa detalı ayaqqabının daha rahat geyilməsini təmin edir, eyni zamanda ayağın içəridə daha yaxşı sabitlənməsinə kömək edir. Xüsusilə qaçış və yürüş zamanı komfortu artıran bu kiçik dizayn elementi ayaqqabının qurudulmasında da praktik istifadə imkanı təklif edir. xəbə

13 iyun
.

Apple 4 məşhur cihazı "istefaya" göndərir

Apple şirkəti kompüter xəttində Intel dövrünü faktiki olaraq başa çatdırıb. Şirkətin yeni macOS 27 Golden Gate əməliyyat sistemi yalnız Apple Silicon çipləri ilə təchiz edilmiş kompüterlər üçün əlçatan olacaq. xarici mediaya istinadla xəbər verir ki, bu qərar son illərin ən böyük texnoloji dəyişikliklərində

11 iyun
.

Dünyanın ilk trilyonçusu oldu - Nə qədər pulu var?

"SpaceX"in cümə axşamı keçirdiyi ilkin kütləvi səhmləşmə (IPO) nəticəsində 75 milyard dollar vəsait cəlb etməsi "Tesla" və "SpaceX" rəhbəri İlon Maskın sərvətini 1,1 trilyon dollardan yuxarı qaldırıb. Bununla da Mask tarixdə sərvəti 1 trilyon dolları aşan ilk insan olub

12 iyun
.

Ət BAHALAŞIR - Onu mətbəxdə nə əvəzləyə bilər?

"Ümumiyyətlə, əti əvəz edən ikinci bir qida yoxdur. Bu düzgün yanaşma deyil. Qırmızı ət, toyuq, qaraciyər, bir sözlə, hamısının tərkibində müxtəlif vitaminlər var və heç biri digərini əvəzləyə bilməz". Bunu "Yeni Sabah"a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib

14 iyun
.

Çörəyi bu yerdə saxlamaq olmaz: yeganə düzgün ÜSUL

Mütəxəssislərin sözlərinə görə, əgər çörəyi bir neçə gün ərzində yeyəcəksinizsə, onu mətbəx masasının üzərində, otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. Soyuducu süd, pendir və hazır yeməklərin saxlanması üçün nəzərdə tutulsa da, çörək üçün uyğun yer hesab edilmir. xəbər verir ki, soyuduc

14 iyun
.

Beynimiz iki işi eyni anda görə bilir - ABŞ-li alimlərdən yeni kəşf

ABŞ alimləri müəyyən ediblər ki, insan beyni eyni anda iki mürəkkəb tapşırığa diqqət yetirmək, yəni əsl çoxistiqamətli fəaliyyət (multitaskinq) göstərmək xüsusiyyətinə malikdir. xəbər verir ki, bu barədə "knife.media" məlumat yayıb. Əvvəllər alimlər daha çox qısamüddətli perspektivdə məlumatları

14 iyun
.

Yol qəzalarında daha çox qadınlar xəsarət alır: səbəbi bu imiş

Avstriyalı alimlər müəyyən ediblər ki, müasir avtomobil təhlükəsizlik sistemləri yol-nəqliyyat hadisələri zamanı kişiləri və qadınları eyni dərəcədə qoruya bilmir. Bunun əsas səbəbi təhlükəsizlik texnologiyalarının uzun illər əsasən kişi bədən quruluşu nəzərə alınaraq hazırlanması ilə əlaqələndirilir

14 iyun
.

Məşhur bloqer evində güllələndi

Braziliyalı məşhur bloqer Alzira Mariya Teodoro Luis güllələnərək öldürülüb. xarici mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı mövzusunda səhifəsi olan 43 yaşlı qadının meyiti evində aşkarlanıb. Onun baş nahiyəsindən güllə yarası aldığı müəyyən edilib. Polisin ilkin versiyasına görə, bloqer so

11 iyun