Trampla Zelenski arasında gərgin dialoqun TAM MƏTNİ

Trampla Zelenski arasında gərgin dialoqun TAM MƏTNİXəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə mətbuat konfransından öncə mübahisə yaşanıb.

Sonxeber.az APA-ya istinadən mübahisənin tam mətnini təqdim edir:

Tramp: Əgər özümü onlarla (Putin və Zelenskiyə) uzlaşdırmasam, razılaşma (atəşkəs) əldə edə bilmərəm. Siz istəyirsiniz, mən Putinlə bağlı çox dəhşətli şeylər deyim, sonra da "salam Vladimir, razılaşma ilə bağlı neynəyirik" soruşum, bu, belə işləmir. Özümü Putinlə uzlaşdırmıram, mən heç kimlə uzlaşmıram, ABŞ və dünyanın yaxşılığı üçün çalışıram. Mən bu şeyin (müharibənin) bitməsini istəyirəm. (Jurnalistlərə Zelenskini göstərərək) Siz Putinə nifrəti görürsünüz və bu, mənə razılaşma əldə etməyi çətinləşdirir. Onun nəhəng nifrəti var. Mən bunu başa düşürəm, lakin digər tərəf də onunla (Zelenksi ilə) sevgi içərisində deyil. Siz uzlaşma ilə bağlı sual verdiniz - mən dünya ilə, Avropa ilə özümü uzlaşdırıram. Görmək istəyirəm ki biz bunu həll edə bilərikmi? Siz mənim sərt olmağımı istəyirsiniz. İstənilən insanla sərt ola bilərəm, siz bunu görmüsünüz. Amma sən bu yolla razılaşma əldə edə bilməzsən. Daha bir sual qəbul edəcəyəm (Jurnalistlərə baxaraq)…

Vens: Mən buna (jurnalistin sualın) cavab vermək istəyirəm. Baxın, ABŞ-nin dörd il müddətində mətbuat konfransında Putin haqqında sərt danışan prezidenti var idi. Daha sonra isə Putin Ukraynanı işğal etdi və ölkənin böyük hissəsini dağıtdı. Sülhə və firavanlığa yol ola bilsin ki, diplomatiyada iştirakdır. Biz Co Baydenin yolunu yoxladıq, sinəmizə vuraraq özümüzü elə apardıq ki, ABŞ prezidentinin sözləri onun əməllərindən daha vacibdir. ABŞ-ı yaxşı ölkə edən onun diplomatiyada iştirakıdır və Prezident Tramp da bunu edir.

Zelenski: Mən cavab verə bilərəmmi?

Vens: Əlbəttə

Zelenski: Hə?

Vens: Bəli

Zelenski: (Vensə baxaraq danışır) O, (Vladimir Putin) 2014-də bizim böyük hissəmizi, Ukraynanın böyük hissəsini, Şərqini, Krımı işğal etdi. Uzun illər ərzində - mən, sadəcə, Bayden haqqında danışmıram – həmin müddətdə Prezident Obama, daha sonra Prezident Tramp, daha sonra Prezident Bayden indi isə yenə Prezident Tramp – allaha şükür ki, indi Tramp onu (Putini) dayandıracaq - Lakin 2014-cü ildən bəri heç kim onu dayandırmadı. O, sadəcə işğal etdi və ələ keçirdi. Bilirsiniz təmas xəttində nə ..

Tramp: 2015-ci il?

Zelenksi: 2014

Tramp: 2014. Onda mən burada (Ağ Evdə) deyildim.

Zelenski: Bəli, lakin 2014-cü ildən 2022-ci ilədək vəziyyət eyni qaldı. Təmas xəttində insanlar öldülər. Heç kim onu dayandırmadı. Bilirsinizmi ki, bizim onunla danışıqlarımız var idi. Çox danışıqlarımız var idi. İkitərəfli danışıqlar. Mən 2019-cu ildə yeni prezident olaraq Merkel və Makronla birlikdə atəşkəs imzaladım. Atəşkəs! Biz onunla qaz sazişi imzaladıq. Lakin bundan sonra o, atəşkəsi pozdu, o, bizim insanlarımızı öldürdü, o, əsirləri mübadilə etmədi. Biz əsirlərin mübadiləsi barədə sənəd imzaladıq. Lakin o, bunu etmədi. Vens, siz nə cür bir diplomatiyadan danışırsınız? Siz nə demək istəyirsiniz?

Vens: Mən o cür bir diplomatiyadan danışıram ki, o sizin ölkənizin dağıdılmasına son verəcək.

Zelenski: Bəli, lakin ...

Vens: Cənab Prezident ! Cənab Prezident! Düşünürəm ki, sizin oval ofisə gəlib bunu Amerika mediasının qarşısında mühakimə etməyiniz hörmətsizlikdir. Sizlər indi ətrafda gəzərək çağırışçıları cəbhəyə məcbur edirsiniz, çünki sizin hərbçi çatışmazlığınız var. Siz ABŞ prezidentinə bu münaqişəni sona çatdırmağa çalışdığına görə mütəşəkkir olmalısınız.

Zelenski: Siz nə vaxtsa Ukraynada olmusunuzmu ki, bizim hansı problemlərimizin olduğundan danışırsınız?

Vens: Mən olmuşam ki... Düzü, mən hekayələrə baxmışam və izləmişəm, nə baş verdiyini bilirəm. Siz razı deyilsinizmi ki, insanları orduya cəlb etməkdə problemləriniz var?

Zelenski: Mən cavab verəcəyəm...

Vens: Oval ofisə gələrək sizin ölkənizin dağılmasının qarşısını almağa çalışan administrasiyaya hücum etməyiniz hörmətsizlikdir.

Zelenski: Çox sual verdiniz. Gəlin, lap əvvəldən başlayaq.

Vens: Əlbəttə

Zelenski: Zelenski: Birincisi, müharibə dövründə hər kəsin problemləri olur. Hətta, sizin də. Lakin sizin yaxşı okeanınız var. Siz hələ hiss etmirsiniz, lakin bunu gələcəkdə hiss edəcəksiniz. Allah qorusun…

Tramp: Siz bunu bilə bilməsziniz. Bizə gələcəkdə nə hiss edəcəyimizi deməyin. Biz problemi həll etməyə çalışırıq. Bizə nə hiss edəcəyimizi deməyin.

Zelenski: Mən onun suallarına (Vensin) cavab verirəm.

Tramp: Çünki bizə diktə edəcək mövqedə deyilsiniz. Siz bizə nə hiss edəcəyimizi diqtə edəcək mövqedə deyilsiniz. Biz özümüzü çox yaxşı hiss edəcəyik.

Zelenksi: Mən sizin (müharibənin) təsirini hiss edəcəyinizi deyirəm

Tramp: Biz çox yaxşı, çox güclü hiss edəcəyik.

Zelenski: Mən sizin təsiri hiss edəcəyinizi deyirəm

Tramp: Siz haqlısınız, siz indi yaxşı mövqedə deyilsiniz. Siz özünüzün çox pis mövqeyə düşməyinizə imkan vermisiniz. Mövqeyiniz yaxşı deyil. Sizin hazırda kartlarınız yoxdur.

Zelenski: Mən kart oynamıram.

Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə qumar oynayırsınız. Siz 3-cü dünya müharibəsi ilə qumar oynayırsınız və etdiyiniz bu ölkəyə çox hörmətsizlikdir.

Zelenksi: mən hörmət edirəm

Vens: Siz bir dəfə də olsun təşəkkür etmisinizmi?

Zelenksi: Bir çox dəfə.

Vens: Siz Pensilvaniyaya getdiniz və oktyabrda müxalifət üçün kampaniyada iştirak etdiniz. Sizin ölkənizi qorumağa çalışan ABŞ-yə və onun prezidentinə təşəkkürlərinizi çatdırmalısınız.

Zelenksi: (Vensə baxaraq) Xahiş edirəm, əgər düşünürsünüsə ki, müharibə haqqında ucadan danışaraq…

Tramp: o ucadan danışmır. Sizin ölkəniz çox çətin vəziyyətdədir.

Zelenksi: Olarmı cavab verim?

Tramp: Yox, Yox, siz çox danışdınız.

Tramp: Sizin ölkəniz çox çətin vəziyyətdədir.

Zelenski: Mən bilirəm.

Tramp: Siz qalib gəlmirsiniz, siz bunda qalib gələ bilmirsiniz, sizin bunda yaxşı olmağınız üçün bizsiz lənətə gəlmiş şansınız yoxdur.

Zelenksi: Cənab prezident biz öz ölkəmizdə qalırıq. Güclü dayanırıq, müharibənin lap əvvəlindən biz yalnız olmuşuq və biz minnətdarıq. Mən bu kabinetdə təşəkkür etdim, yalnız bu kabinetdə yox...

Tramp: Biz bu axmaq prezident vasitəsilə sizə 350 milyard verdik, biz sizə hərbi ləvazimat verdik. Sizin kişiləriniz cəsurdur, lakin onlar bizim hərbi vasitələrimizdən istifadə edirlər.

Zelenksi: Bəs mənə qarşı hörmət necə. Siz məni ona görə dəvət etdiniz ki...

Tramp: Sizdə bizim hərbi vasitələrimiz olmasaydı bu müharibə iki həftəyə bitərdi.

Zelenski: "3 gün" – mən bunu daha əvvəl Putindən eşitmişdim, "3 gün".

Tramp: Bəlkə də daha az.

Zelenksi: "İki həftə" - bunu yeni eşidirəm.

Tramp: Bu formada iş görmək çox çətin olacaq, bunu sizə deyə bilərəm.

Vens: Siz çox sağolun dedinizmi?

Zelenksi: Mən Amerika xalqına bir çox dəfə sağ ol demişəm.

Vens: haqsız olduğunuz təqdirdə Amerika mediasının qarşısında bu mübahisəsini etməkdənsə qəbul edək ki, razılaşmadığımız məqamlar var. Biz bilirik ki, siz haqsızsınız.

Tramp: düşünürəm ki Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Düşünürəm ki, bu çox vacibdir, ona görə də bunun (mübahisənin) bu qədər uzun davam etməsinə icazə verdim. Siz minnətdar olmalısınız. Sizin kartlarınız yoxdur. Sizin insanlarınız ölür.Əsgərləriniz azalır. Ondan sonra heç də yaxşı olmayacaq. Amma siz gəlib bizə deyirsiniz "mən atəşkəs istəmirəm, mən atəşkəs istəmirəm, davam etmək istəyirəm". Əgər atəşkəs istəyirsinizsə indi var və onu götür, güllələrin uçuşması dayansın.

Zelenski: Əlbəttə biz müharibəni dayandırmaq istəyirik.

Tramp: Amma sən deyirsən atəşkəs istəmirsən.

Zelenksi: Əlbəttə biz atəşkəs istəyirik, ancaq zəmanətlərlə.

Tramp: Mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən.

Zelenski: Atəşkəslə bağlı bizim insanlarımızdan soruş gör onlar nə düşünürlər. Onların nə düşünmməsinin sizin üçün mənası yoxdurmu?

Tramp: Bu, mən (hakimiyyətdə) olanda baş vermədi. Bu Bayden adlı ağıllı olmayan birinin dövründə oldu.

Zelenski: Lakin o sizin prezidentiniz idi.

Tramp: Bağışlayın, bu Obama olanda baş Verdi, o sizə vərəqlər verirdi, mən isə "Javelin"lər verdim. Mən sizə o tankları məhv etmək üçün "Javelin"lər verdim. Obama sizə vərəqlər verdi. Bəyanat budur ki – "Obama vərəqlər verdi, Tramp "Javelin"lər". Sən daha çox mütəşəkkür olmalısan. Çünki qoy sizə deyim, sizin kartlarınız yoxdur. Bizimlə sizin kartlarınız var. Lakin bizsiz sizin heç bir kartınız yoxdur.

Jurnalist: Bəs Rusiya atəşkəsi pozsa necə ?

Tramp: Bəs əgər elə indi sənin başına bomba düşsə necə? Bəs əgər onlar atəşkəsi pozsalar necə? Bilmirəm. Onlar bunu Baydenin vaxtında pozdular. Onlar Baydenə hörmət etmirlər, onlar Obamaya hörmət etmirlər. Onlar mənə hörmət edirlər…


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1317   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021