Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq

Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaqFridrix Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu, Berlin ilə Ankara arasında siyasi, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib.

Almaniyada keçirilən növbədənkənar parlament seçkisinin nəticələri Ukraynanı sevindirsə də, çoxlarını şoka salıb. Amma səsvermənin nəticələri rəy sorğularının nəticələri ilə üst-üstə düşüb. Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar /Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb. CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Mertz bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkiyə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir. Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertzin üzərinə düşəcək. Dəqiq olanı odur ki, AfD - 20.8 faiz səs toplayan partiya - bu danışıqlarda iştirak etməyəcək. Çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir. İndi sual odur ki, Mertz istədiyini ala biləcəkmi? Rəqəmlər göstərir ki, parlamentdə çoxluq əldə etmək üçün o, ən azı iki partiyanı koalisiyaya qatmalıdır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İki əsas namizəd

Seçkinin nəticələrinə görə, Almaniya parlamenti aşağıdakı kimi formalaşıb: Xristian Demokratlar İttifaqı (Mertz) - 210 yer, Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer, SPD (Şolts) - 118, "Yaşıllar" - 94.

Mertzin koalisiya ortağı olmağa iki əsas namizəd mərkəz-sol SPD və "Yaşıllar" partiyalarıdır. Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi SPD dörd il əvvəlki nəticələrə nisbətən 10 faiz azalma ilə yalnız 16.4 faiz səs toplayıb. "Yaşıllar" 11.6 faizlə dördüncü yeri tutub. Təxminlərə görə, CDU/CSU və SPD birlikdə parlamentdə cüzi çoxluq əldə edə və "böyük koalisiya" yarada bilərlər.

Seçkidən əvvəl F.Mertz bildirib ki, o, yeni hökuməti Pasxa bayramına - aprelin 20-dək qurmaq istəyir.

Türkiyənin "dostu" - Mertz

Maraqlıdır ki, Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu və Berlin ilə Ankara arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. "NATO üzvü kimi Türkiyə regional təhlükəsizlikdə də mühüm rol oynayır", - alman mühafizəkarlarının lideri vurğulayıb. O, Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib. Gələcək kansler Türkiyənin geosiyasi mövqeyini nəzərə alaraq, miqrasiya siyasəti və ticarət əlaqələrində funksional ortaqlığa ehtiyac olduğunu bildirib. Türkiyə mediası yazır ki, Mertzin hakimiyyəti dövründə Almaniya-Türkiyə münasibətlərində strateji əməkdaşlıq ön planda olacaq. Xüsusilə miqrasiya, enerji və təhlükəsizlik kimi məsələlərdə praqmatik yanaşmanın tətbiq ediləcəyi nəzərdə tutulur.

Onu da qeyd edək ki, seçkidə 19 türk əsilli namizəd də deputat seçilib.

Şoltsdan qat-qat qətiyyətli

Ehtimallara görə, Mertz kansler olarsa, Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq. Bundan əlavə, Mertz Almaniyanın hərbi cəhətdən güclənməsini vacib sayır. Ekspertlərin qənaətincə, diplomatik cəbhədə də Mertz Şoltsdan qat-qat qətiyyətlidir. Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Lakin Mertzin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır. Çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirməkdir.

"Unudulmuş" Mertzin qayıdışı

Cəmi on il əvvəl Mertz ovaxtkı müxalif CDU/CSU-nun aparıcı simalarından biri idi və Angela Merkellə liderlik uğrunda mübarizə aparırdı. İndi 69 yaşında olan Mertz nəhayət Almaniya siyasətinin zirvəsinə çatıb. O, altı il əvvəl daha sadə vergi sistemini müdafiə edən və miqrasiyanı məhdudlaşdıran klassik sağçı liberal kimi siyasətə qayıdıb və dərhal CDU sıraviləri arasında Merkeldən sonra ən populyar namizəd olub. Lakin partiya iki dəfə liderlik seçkisində ona şans verməyib. Mertz də bir çox avropalı siyasətçilər kimi deyir ki, Avropa Donald Trampın təcrid siyasətinə hazır olmalı və ümumilikdə özünü Rusiya təhlükəsindən qoruya bilməlidir. O, hərbi xərcləri tez bir zamanda artıracağını vəd edir.

Avropanın "Tramp"ı

Mertz ABŞ Prezidenti Donald Tramp ilə bəzi oxşar xüsusiyyətlərə də sahibdir: hər ikisi biznes sahəsində təcrübə qazanıb. Tramp Almaniyadakı seçkinin nəticələrini yüksək qiymətləndirərək, mühafizəkarların qələbəsinin "Almaniya üçün əla gün" olduğunu yazıb. Seçkidən sonra Mertz bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə etmək hələ çox tezdir. Mertz, eyni zamanda, Trampın NATO-nun fəaliyyət qabiliyyəti ilə bağlı davamlı açıqlamaları qarşısında transatlantik alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib. "Biz Avropanın müstəqil müdafiə qabiliyyətini daha sürətlə inkişaf etdirməliyik. Bu, tamamilə mənim prioritetimdir və ABŞ-də baş verənlər barədə heç bir illüziyam yoxdur", - Mertz bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1251   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Birliyi İran münaqişəsinin həlli üçün diplomatik səyləri dəstəkləməyə hazırdır

Avropa Şurasının prezidenti Antonio Kosta BMT Baş Assambleyasının iclası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşdükdən sonra bildirib ki, Avropa İttifaqı İranla bağlı davam edən münaqişənin yalnız diplomatik yolla həll edilməsində israr edir. xəbər verir ki, Koşta özünün X səhifəsində yazıb

24 sentyabr
.

Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa

24 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr