Əhalisinin çox hissəsini müsəlmanlar təşkil edən, Şərqlə Qərbin görüşdüyü Avropa şəhəri

Əhalisinin çox hissəsini müsəlmanlar təşkil edən, Şərqlə Qərbin görüşdüyü Avropa şəhəriSarayevonu "Balkanların Qüdsü" adlandırırlar. Milyaska çayı şəhəri iki hissəyə bölür: bu şəhər Qərblə Şərqin görüşdüyü yerdir. Şəhərin əsası türklər tərəfindən qoyulub, 17-ci əsrə qədər Osmanlının əyaləti olub. "Saray şəhər" - (Saraybosna) adlanması da buradan qaynaqlanır. Bosniyalılar 15-ci əsrdə islamı qəbul ediblər. Hazırda da əhalinin çox hissəsini müsəlmanlar təşkil edir. Müsəlman məscidlərinin azanı katolik və pravoslav kilsələrinin zənglərinə qarışır. Ən böyük məscidləri Osmanlı dövründə tikilib. 16-cı əsrə aid Qazi Xosrevbəy məscidi Sarayevoda Osmanlı dövrünün ən əhəmiyyətli abidəsi hesab olunur.

19-cu əsrdə Avstriya-Macarıstan imperiyası tərəfindən işğal ediləndən sonra şəhərdə bu gün də rast gəlinən Avropa memarlığı və üslubu görünməyə başlayıb. Məhz bu dövrdə Avropada ilk elektrik tramvay burada işə salınıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Osmanlı memarlığının gözəl nümunəsi

Bosniya və Herseqovinanın paytaxtı səs-küylü, rəngarəng, müasirliyə can atan, ənənəni qoruyan, kasıb və mehriban şəhərdir. Yarım milyondan az əhalisi olan bu kiçik şəhərin zəngin və bənzərsiz tarixi var.

Küçələrində qırmızı kirəmitli damları olan ənənəvi Bosniya evləri sıralanıb. Şəhər minarələri hər yerdən görünür. Alp dağlarının qışın soyuğundan bozaran yamacları arxa planda əzəmətlə dayanır. Şəhər üç xalqın tarixi ilə sıx bağlıdır: pravoslav serblər, katolik xorvatlar və islamı qəbul edən bosniyalılar. Mədəni və dini fərqliliklərə baxmayaraq, onların hamısı nəsillər boyu yan-yana yaşayaraq, öz unikal irsini şəhərin görkəminə daşıyıb.

Sarayevo indi tamamilə yenidən qurulur. Paytaxta qədəm qoyan turistlər gəzintiyə Sarayevonun tarixi mərkəzindən - Başçarşıdan başlayırlar. Başçarşı 16-cı əsrdən bəri mövcud olan böyük bir şərq bazarıdır. Bura əsasən toxuculuq, zərgərlik, mis məmulatları satılan yerlər, şərq üslubunda xudmani kafelərlə əhatə olunub. Şəhər dükanları, bazarları və zərif məscidləri ilə İstanbulu xatırladır. Köhnə şəhərin küçələrində Avropanın və Yaxın Şərqin hissələri heyrətamiz bir şəkildə bir-birinə qarışıb.

Dünyanın heç bir yerində bir ərazidə bu qədər çox sayda kafedral, kilsə, məscid və hətta sinaqoq tapa bilməzsiniz. Sarayevonun tarixi mərkəzi YUNESKO-nun ilkin mədəni irs siyahısına daxil edilib.

Müharibələrin acı hekayəsi

Şəhəri gəzdikcə binaların divarlarında hərbi əməliyyatların izlərini, yolların təmirsizliyini müşahidə edirsən. Novo Sarayevonun qərb ətrafı, güllə və mərmilərlə dolu tərk edilmiş evləri ilə Balkan münaqişəsinin kədərli bir xatırlatmasıdır.

Sarayevo həm də körpülər şəhəridir. Milyaska çayı üzərindəki körpülərin hər birinin öz tarixi var. Birinci Dünya müharibəsinin başlamasına səbəb olan, Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın və arvadının öldürüldüyü "Latın körpüsü", 1993-cü ildə vətəndaş müharibəsi zamanı şəhərdən qaçmağa cəhd edən bosniyalı gənc cütlüyün öldürüldüyü "Romeo və Cülyetta" körpüsü, dinc nümayiş zamanı güllələnən müsəlman Saida və xristian Olqa körpüsü... Şəhərdə Bosniya və Herseqovinanın keşməkeşli, müharibələrlə dolu tarixini əks etdirən muzeylər də çoxdur.

Bosniyalılar üçün sevimli tarixlərdən biri də 1984-cü ildə Sarayevoda (o zaman Yuqoslaviya) Qış Olimpiya Oyunlarının keçirildiyi tarixdir. Bu tarixi əbədiləşdirən simvol da şəhəri bəzəyir.

Ən çirkli şəhərlər siyahısında

Sarayevoda qışda istilik üçün kömürdən və odundan istifadə edirlər. Yol boyunca evlərin həyətlərində səliqə ilə yığılan odunları və damlardan qalxan tüstüləri görmək olur. Alp dağlarının ətəyində qırılmış ağaclar da gözdən yayınmır. Hətta 2023-cü ildə Sarayevo kömürlə işləyən elektrik stansiyalarının istifadəsi ilə bağlı dünyanın ən çirkli şəhərləri siyahısına daxil edilib. Paytaxtın vaxtaşırı dumanla örtülməsi sakinləri narahat edir. Mütəxəssislər Balkanlarda havanın çirklənməsinə qismən kömürlə işləyən elektrik stansiyaları və köhnə avtomobillərin səbəb olduğunu bildirirlər. Sarayevo hakimiyyəti 2035-ci ilə qədər şəhəri karbondan təmizləyəcəyinə söz verib. Amma hələ də insanlar evlərini qızdırmaq üçün daha ucuz bərk yanacaqdan istifadə etməyə davam edirlər və köhnə avtomobillərini dəyişə bilmirlər.

Serblərlə müharibədən sonra ölkə dirçəlməyə çalışır. "Burada iş yerləri tapmaq çətindir", - deyə Bosniyada doğulan türklərdən biri söhbətimizdə bildirdi: "Əməkhaqqı 500 avrodur. Bosniyalılar tənbəldirlər. Saatlarla kafelərdə oturmağı xoşlayırlar. Başqa ölkələrə miqrant kimi gedəndə isə işləyirlər".

Axşamüstü saat 17:00-da artıq küçələrdəki lokal dükanların bağlandığını, bosniyalıların evlərinə tələsdiyini görmək olur.

Həm məsafə yaxındır, həm də viza yoxdur

Bosniya və Herseqovina - vizasız səyahət üçün maraqlı ölkədir. Paytaxt Sarayevo Avropanın bir çox digər şəhərləri ilə müqayisədə gözəl təbiətli, tarixi, eyni zamanda ucuzdur. Bu baxımdan, Bosniya və Herseqovinaya turistlər çox səfər edirlər. Xüsusən yay aylarında, havalar qızanda turizm dövrü açılır. Sarayevo türklərin sevimli yeridir. "Həm məsafə baxımından, həm də viza tələbi olmadığından bu ölkəyə gəlirik", - deyə təyyarədə yanaşı oturduğum türk tələbə bildirdi. Ölkədə hazırda da xeyli türk yaşayır. Hər addımda şirin türk ləhcəsini eşitməyin də ayrıca bir zövqü var. Azərbaycanlı turistlər də səyahət üçün Balkanların bu tarixi şəhərinə səyahətə üstünlük verirlər. Sarayevo 1972-ci ildən Bakı ilə qardaşlaşmış şəhərdir.

Sarayevonın özünəxas dadlı mətbəxi də var. Demək olar ki, hər küncdə siz Balkanlarda ən məşhur küçə yeməklərini, müxtəlif içliklərlə doldurulmuş isti piroqları tapa bilərsiniz.

İctimai nəqliyyat Sarayevoda mükəmməl qurulub. Avtobus, trolleybus və ya qədim tramvayla rahat hərəkət etmək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1312   Tarix: 03 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr