Təcili: Azərbaycanda qazın qiyməti bahalaşdı - Əhali ayağa qalxdı

Təcili: Azərbaycanda qazın qiyməti bahalaşdı - Əhali ayağa qalxdıTarif Şurasının təbii qazın qiymətini qaldırmasından sonra Azərbaycanın regionlarında əhalinin təbii qazdan imtinası başlayıb.

Bu məsələdə xüsusilə meşə zolaqlarının ətəyində yerləşən şimal və cənub rayonları fərqlənir. Qalan rayonlarda isə qazın pulun ödəyə bilməyən yoxsul ailələr meyvə ağaclarının qurumuş budaqlarından və təzəkdən istifadə edirlər.

Bu meyl 2017-ci ilin yanvar ayından başlanıb. Çünki Tarif Şurasının 28 noyabr 2016-cı il qərarına əsasən ilin əvvəlindən qaz istehlakı 1700 kubmetri keçərsə, tariflər 2 dəfə yüksəlir. Yəni illik istehlakın 1700 kubmetri keçməyən hissəsi üçün istehlakçılar bir kubmetr üçün 10 qəpik ödəyirlər, amma istehlakın 1700 kubmetrdən çox olan hissəsi üçün isə tarif 20 qəpik müəyyənləşdirilib.

Bu kənd ailələri onsuz da yüksək olan qaz tariflərini iki qat ağırlaşdırdı. Təxmini hesablamalara görə, bir ailə məişət məqsədləri üçün qış mövsümündə iki "ceyran" sobası və bir qaz plitəsi hesabı ilə ən azı 600 kubmetr qaz yandırır, yəni 60 manat ödəməlidir. Bu minvalla kənd ailəsi Tarif Şurası tərəfindən güzəştli adlandırılan limiti Novruz bayramına qədər keçir. Amma evini rahat qızdıran ailələrin aylıq tarifi isə 100 manatı keçir. Yəni fevraldan sonra ailə bir neçə ay (mart, aprel, oktyabr, noyabr və dekabr aylarında) 200 manat qaz pulu ödəməyə məcbur olur.

Amma İstiPress-in əməkdaşlarının müxtəlif regionlarda apardığı araşdırmalar göstərir ki, kənd ailələri bu qədər pulu ödəmək istəmirlər və alternativ kimi əsasən odunu seçirlər. Məsələn, Şəkidə kəndlərin əksəriyyətində təbii qaz olsa da sakinlər evi qızdırmaq üçün oduna üstünlük verirlər.

"Bizim kənddə 3-4 ildir ki, qaz var. Amma biz qazı əsasən yemək bişirmək üçün istifadə edirik. Evi qızdırmağa isə odun istifadə edirik", - deyə Ramin adlı Şəki sakini vurğulayır.

Raminin sözlərinə görə, Şəkidə bir evi qış mövsümündə 20 kubmetr odun tam təmin edir: "Burda odunun bir kubunun qiyməti 12-14 manat arasında dəyişir. Yəni bir ailə 240-280 manat xərcləməklə bütün qışı evini təmin edir. Yəni bu, ayda qaza 200 manat verməkdən çox əlverişlidir. Çox ailələr isə odunu özü tədarük edir və ümumiyətlə pul vermir".

İstiPress-in araşdırmasına görə, digər regionlar da vəziyyət eynidir. Portalın Şimal bürosunun müxbiri Aytəkin Alxaslının məlumatına görə, indi şimal rayonlarının əksər sakinləri dədə-baba adətinə, yəni odun sobalarına qayıtmalı olublar. Məsələn, Qusarın Aşağı Ləyər kəndinin bir çox sakinləri də qaz sobasını odun sobası ilə əvəz ediblər. İstiPress-in əməkdaşları kənddə Babayevlər ailəsində çəkiliş apararkən həyətdə qırılmış meyvə ağaclarını görüblər. Evin sahibəsi Gülyaz Babayeva maddi imkansızlıqdan bu yola atdıqlarını, nə qaz pulu verməyə, nə də odun olmağa imkanı olmadıqlarını dedi. Onun sözlərinə görə, hökümət əhalinin kasıb təbəqəsini nəzərə alıb qiymətlətin köhnə qiymətdə qalmasına şərait yaratmalıdır: "Məcburuq, həyətdəki meyvə ağaclarını kəsək, yandıraq".

Qazın bahalaşması regionda odun dəllalarının əl-qolunu açıb. Bir maşın odun almaq üçün sakinlər əvvəl 100 manat verirdilərsə, indi bu məbləğ 150 -200 manata çatıb.

"Xaçmazın Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin rəisi Adil Məcidov meşələrdə qanunsuz ağac kəsənlərə qarşı ciddi mübarizə apardıqlarını söyləyir. Qusar və Yalama meşə mühafizəsi müəssisələrindən də meşə qənimlərinə qarşı ciddi mübarizə apardıqlarını deyirlər, amma həm də etiraf edirlər ki, hələ də ağac kəsənlər var",- deyə Aytəkin Alxaslı vurğulayır.

İstiPress-in Cənub bürosunun müxbiri Esmira İsmaylovanın araşdırmasına görə, qazın bahalaşması bölgədə oduna tələbatı artırıb və uyğun olaraq qiymətləri qaldırıb. Əgər bölgədə bahalaşmaya qədər 1 kub.m odun 5-6 manata satılıbsa indi 10-13manata satılır. Astara rayonun Şiyəkəran kənd sakini Yunus Qulamov bildirib ki, evi qızdırmaq üçün əsasən odun yanacağı işlədirlər: "Bizim ailədə də mətbəxdə yemək bişirmək, hamamı isitmək üçün odundan istifadə edirik. Evdə taxta tullantıları olanda da peçə atırıq ki, qaza qənaət edək, limiti aşmayaq. Yoxsa, o qədər pulu hardan tapaq? Kənd yeridir, birtəhər edirik ki, xərcimiz az çıxsın".

Bölgə də haqqını ödəmədiyinə görə qazı kəsilənlərin də var və onların əlacı yalnız oduna qalıb. Son ayda bu məqsədlə odun alanların sayının daha çox olduğu bildirilir. Bu isə nadir Talış meşələrinə yaxşı heç nə vəd etmir. Adı "Qırmızı kitab"a düşən ağaclarla zəngin meşələri yenidən gizli ya aşkar qırılma təhlükəsi gözləyir.

Kənd ailələrinin evi elektriklə qızdırması daha əlverişsizdir. Kənd evinin ehtiyaclarını qarşılamaq üçün evdə ən azı 2 ədəd 2,5 kilovattlıq plitə yanmalıdır. Bu gün ərzində 120 kilovatt, ayda isə 3600 kilovatsaat enerji sərfi deməkdir. Bunun 300 kilovattsaatı 7 qəpikdə hesablanır, yəni 21 manat nəzərdə tutulur. Yerdə qalan 3300 kilovatsaata görə isə kənd ailəsi 363 manat, yəni toplam 384 manat ödəməlidir. Yəni evi qazla bahalı tariflə qızdırmaqdan iki dəfə baha çıxır.

Azərbaycan bu məsələdə, 2014-cü ilin Ukraynasını xatırladır. Onda Ukrayna qazın tarifini qaldırmışdı. Onda əhali kütləvi şəkildə kömür və odun sobalarına keçməyə başladı. Amma Azərbaycan Ukraynanın ən yaxın qonşusunun - Belarusun da yolunu seçə bilərdi. Belarusda yay vaxtı qazın bir kubu əhaliyə 14,5 sentdən satıldığı halda qışda 4 sentə satılır. Minsk kubu 14 sentə aldığı qazı əhaliyə 10 senti ucuz satır.

Yəni Belarus hər kubda 10 sent itirir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində Azərbaycanın bu məsələni vəsait itirmədən həll edə biləcəyini vurğulayır: "Azərbaycanda əhali ildə yalnız 3 milyard kubmetr qaz işlədir. Bunun 2 milyard kubmetri BP tərəfindən pulsuz verilən səmt qazıdır. BP səmt qazını ilk dəfə SOCAR-a verən zaman bunun əhalinin qazla təmin edilməsi üçün verildiyini bildirmişdi. Yəni faktiki olaraq əhaliyə verilən qazın yalnız 1 milyard kubmetrinə pul ödənir".

Yəni həmin qazın yalnız 1 milyard kubmetri üçün "Azneft" İB-ə tərəfindən hasil edilir və min kubmetrin maya dəyəri 140 manata düşür. Beləliklə, əhaliyə verilən qazın 1 kubmetri 4,7 qəpiyə düşür. Yəni SOCAR istəsə, heç bir xərcə düşmədən Belarus yolu ilə gedib qış aylarında əhaliyə verilən qazın kubmetrini 5 qəpikdən sata bilərdi. Bu isə Azərbaycanı canlı aləmin daha bir qırğınından - ağac qırğınından xilas edə bilərdi.

Mənbə: İstiPress


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 18594   Tarix: 03 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr