Günəş aktivliyi zəlzələlərə səbəb ola bilər

Günəş aktivliyi zəlzələlərə səbəb ola bilərTsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutundan olan yapon alimləri Günəş aktivliyi, Yerin iqlimi və seysmik fəallıq arasında mümkün əlaqəni müəyyən ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə araşdırmanın nəticələri "Chaos" elmi jurnalında dərc olunub.

Mütəxəssislər zəlzələlər, Günəş aktivliyi və Yer səthinin temperaturu ilə bağlı məlumatları təhlil etmək üçün riyazi və hesablama üsullarından istifadə ediblər. Alimlər kəşf ediblər ki, Yer səthinin temperaturu ilə bağlı məlumatların modellərə daxil edilməsi, proqnozun, xüsusilə dərin olmayan zəlzələlər üçün dəqiqliyini artırıb.

Günəş aktivliyi ilə əlaqədar planetin səthinin temperaturunun dəyişməsi süxurların xassələrinə təsir edərək onları daha kövrək və çatlamağa meyilli edir. Bu proseslər, həmçinin yeraltı suların hərəkətini də dəyişməyə qadirdir ki, bu da öz növbəsində tektonik plitələrin sərhədlərində təzyiqi dəyişə bilər.

Tədqiqat göstərib ki, Günəş istiliyinin Yer səthinə ötürülməsi cüzi olsa da, seysmik aktivliyə təsir göstərə bilər.

Kəşf müəllifləri hesab edirlər ki, Günəş aktivliyi proqnozlarının Yerin temperatur modellərinə daxil edilməsi zəlzələlərin proqnozlaşdırılmasının təkmilləşdirilməsi üçün mühüm alət ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 918   Tarix: 06 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsanların 5 ən qəribə fobiyası: TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Hörümçəklərdən və ya hündürlükdən qorxmaq artıq adi hal sayılır. Lakin elə fobiyalar var ki, insanı həqiqətən təəccübləndirə bilər. Məsələn, hipopotomonstroseskippedalofobiya - uzun sözlərdən qorxmaq; bu, tamamilə real diaqnozdur. xarici mediaya istinadən tibbi ədəbiyyatda qeydə alınmış ən qeyri-ad

11 iyun
.

"WhatsApp" bəzi telefonlarda fəaliyyətini dayandıracaq

WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub. xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq. Yeni qaydalara əsasən, 30 noyab

13 iyun
.

Qabyuyan maye ilə unitaz təmizləməyin ÜSULU

Hamam otağında təmizliyi qorumaq çox vaxt həm vaxt aparır, həm də güclü kimyəvi vasitələrin istifadəsini tələb edir. Lakin unitazdakı çirk və xoşagəlməz qoxunu sərt kimyəvi maddələr olmadan aradan qaldırmağa kömək edən daha sadə bir üsul var. Söhbət adi qabyuyan mayedən gedir. xəbər verir ki, bu üsu

14 iyun
.

Bu məhsulu əkən sərvət qazanır - kilosu 1900 manatdır

Avropanın elit restoranlarında son dövrlərin ən bahalı məhsullarından birinə çevrilən şerbetçiotu cücərtiləri (hop shoots) istehsalçılarına böyük gəlir qazandırır. Məhdud istehsal və çətin yığım prosesi səbəbindən məhsulun qiyməti rekord həddə yüksəlib. xəbər verir ki, məlumata görə, pivə istehsalınd

14 iyun
.

Alimlər Yeri Günəş qasırğalarından qorumağın yolunu tapıblar

Yeri əlverişsiz kosmik hava şəraitindən maqnitosfer - Günəşin təhlükəli hissəciklərini əks etdirən maqnit qabarcığı qoruyur. Əvvəllər bəşəriyyət yalnız qasırğaları proqnozlaşdıra və onların nəticələrinə hazırlaşa bilirdisə, indi Boston Universitetinin tədqiqatçıları "StormWall" adlı aktiv müdafi

14 iyun
.

Ağaclar niyə göyə qədər uzana bilmir?

Dünyanın ən hündür ağacları sırasında yer alan sekvoyalar təkcə əlverişli təbiət şəraiti sayəsində deyil, həm də son dərəcə mürəkkəb bioloji balans hesabına bu qədər yüksələ bilir. Lakin alimlər bildirirlər ki, fizika qanunları onların böyüməsinə müəyyən sərhəd qoyur. xarici mediaya istinadla xəbər veri

11 iyun
.

Bu uşağı tanıdınız? İndi bütün dünya onun dalınca düşüb

"Real" klubu Xulian Alvarea üçün "Atletiko"ya etdiyi 150 milyon avroluq təklifin rədd edildiyini açıqlayıb. Bu hadisədən sonra Xulian Alvaresin 12 yaşında İspaniyaya gələrək "Real" üçün sınaq məşqlərində iştirak etdiyi görüntülər ortaya çıxıb. -ın xarici mediaya istinadə

11 iyun
.

Soyuducu rəflərinə bir ədəd qoyun - QOXU, NƏM QALMIR

Sosial mediada sürətlə yayılan bu məsləhət, soyuducuya bitki çay paketlərinin qoyulmasının təsirini ön plana çıxardı. Son zamanlar sosial mediada geniş yayılmış bir vərdiş, soyuducuda çay paketlərindən istifadə etməkdir. İlk baxışdan adi görünən bu üsul, pis qoxularla mübarizədə təsirli bir köməkçi kim

14 iyun
.

Milyonlarla insanın yol verdiyi səhv: niyə jalüzləri tam bağlamaq olmaz?

Qismən qaldırılmış jalüzlər otaqda hava dövranını yaxşılaşdırır, gecə sərinliyinin içəri daxil olmasına kömək edir və bununla yanaşı başqa üstünlüklərə də malikdir. Bir çox insan yatmazdan əvvəl yataq otağını işıqdan və kənar səslərdən qorumaq məqsədilə jalüzləri tamamilə bağlayır. xəbər verir ki, mütəxəssislə

14 iyun