İnqilabi cərrahiyyə: Dişdən alınan parça gözə köçürüldü
Kanadada həyata keçirilən innovativ cərrahiyyə görmə qabiliyyətini tamamilə itirmiş xəstələrə ümid bəxş edib. Osteo-Odonto Keratoprotez (OOKP) olaraq bilinən diş-göz əməliyyatı çərçivəsində xəstənin öz dişi optik lens ilə birlikdə gözünə yerləşdirilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu təməlqoyma əməliyyatı ilk dəfə Kanadada uğurla həyata keçirilib.
Kanadada görmə qabiliyyətini itirmiş xəstələr üçün inqilabi əməliyyat keçirilib. Diş-göz əməliyyatı kimi tanınan Osteo-Odonto Keratoprotez (OOKP) əməliyyatı ölkədə ilk dəfə həyata keçirilib və uğurlu alınıb.
Bu üsul 13 yaşında Stivens-Conson sindromu səbəbindən hər iki gözünü itirən Brent Çapmanın görmə qabiliyyətini bərpa etməyə imkan verib. 50-dən çox uğursuz əməliyyat keçirən Çepmanın dişinin bir parçası gözünə implantasiya edilərək görmə qabiliyyəti bərpa edilib.
Vankuverdəki Mount Saint Joseph Xəstəxanasında keçirilən əməliyyat Kanada tibb tarixində bir ilk olaraq qeydə alınıb.
Diş-göz cərrahiyyəsi (OOKP) nədir?
Diş-göz cərrahiyyəsi, yəni Osteo-Odonto Keratoprotez (OOKP), xəstənin öz dişindən götürülmüş bir parçanın içərisinə optik linzanın yerləşdirilməsi və gözə köçürülməsini əhatə edən yenilikçi bir cərrahi üsuldur.
Bu prosedur ənənəvi müalicə üsulları uğursuz olduqda tətbiq edilir və xüsusilə kornea transplantasiyası nəticə verməyən xəstələr üçün son çarə kimi görünür.
Əməliyyatın əhəmiyyətinə toxunan həkim Qreq Meloni, dişin sərt quruluşunun göz üçün ideal dəstək verdiyini və xəstənin öz toxumalarından istifadə edilərək toxuma rədd edilmə riskinin azaldığını söyləyib.
Diş-göz əməliyyatı necə edilir?
Diş göz əməliyyatı iki mərhələli bir prosesdir:
Birinci mərhələdə xəstənin dişi çıxarılır, içərisinə xüsusi formalı optik linza qoyulur və müvəqqəti olaraq yanağa implantasiya edilir. Bu proses diş ətrafında yeni toxumaların yaranmasına imkan verir.
İkinci mərhələdə diş yanaqdan çıxarılaraq gözün önünə qoyulur. Əməliyyat başa çatdıqdan sonra xəstə görmə qabiliyyətini bərpa etməyə başlayır.
Bu yenilikçi əməliyyat yalnız bir gözdə edilə bilər və xəstələr tam görmə qabiliyyətini bərpa etmək üçün aylar gözləməli ola bilər.
Bir diş parçası ilə görmə qabiliyyətini bərpa etmək üçün bu təməlqoyma üsulu tibb dünyasında böyük marağa səbəb olub. Mütəxəssislər bu texnikanın yaxın illərdə daha çox xəstəyə ümid verə biləcəyini bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI