Almaniyadakı seçkilərin qalibləri miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər
Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosial İttifaqı (XSİ) blokları ilə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) ölkənin miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə XDİ sədri Fridrix Merts "Phoenix" yutub kanalında yayımlanmış mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, tərəfdaşlar qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün hüquqi alətləri genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. Bundan başqa, XDİ/XSİ Əfqanıstan da daxil olmaqla, qaçqınların könüllü qəbulu proqramlarını dayandırmaq və polisə geniş səlahiyyətlər vermək niyyətindədir. Bununla yanaşı, bəzi miqrantların ailələrini Almaniyaya gətirməsinə qadağa qoyulacaq.
Mertsin bəyanatı hakim koalisiya qurmaq üçün aparılan danışıqlardan əvvəl keçirilən ilkin məsləhətləşmələrin uğurla yekunlaşmasından sonra səsləndirilib. Məsləhətləşmələrdə Xristian-Sosial İttifaqının rəhbəri Markus Zöder və ASDP liderləri Zaskiya Esken və Lars Klinqbayl iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 895 Tarix: 09 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabr