Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq

Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq"Avropa ölkələri sərhədlərini nəzarətdə saxlaya bilməyərək və vətəndaşların söz azadlığını məhdudlaşdıraraq "sivilizasiya intiharı törətmək" riski ilə üzləşiblər".

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa indi öz tarixinin ən ciddi böhranlarından birini yaşayır.

"Nəzarətsiz miqrant axını və hakimiyyətin bu prosesi səmərəli idarə etmək bacarığının olmaması və ya istəksizliyi Avropa sivilizasiyasının mövcudluğunu təhlükə altına qoyur", - deyə o bildirib.

Vitse-prezident vurğulayıb ki, Avropa ölkələrinin miqrasiya böhranına qarşı mübarizə cəhdləri düzgün istiqamətdə atılan addımdır. Lakin onun sözlərinə görə, eyni zamanda, nəzarətsiz miqrasiyaya qarşı etiraz edən vətəndaşların söz azadlığı məhdudlaşdırılır.

Vens qeyd edib ki, məhz belə etiraz əhvali-ruhiyyəsi Donald Trampın ABŞ prezidenti seçilməsinə, həmçinin miqrasiya siyasətinin sərtləşdirilməsini dəstəkləyən bir sıra Avropa liderlərinin populyarlığının artmasına səbəb olub.

Onun sözlərinə görə, açıq sərhədlər siyasəti və vətəndaşların hüquqlarının məhdudlaşdırılması Avropa ölkələri üçün ciddi problemə çevrilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 662   Tarix: 15 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib

Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy

5 iyul
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

5 iyul
.

İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb

İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"

5 iyul
.

ABŞ-də atışma baş verib: Xəsarət alanlar var

Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind

5 iyul
.

Slovakiyada baş nazirin ödənişlərdən məhrum edilməsi üzrə referendum baş tutmadı

Slovakiyanın Dövlət Seçki Komissiyası Baş nazir Robert Fitsonun ömürlük ödənişlərdən məhrum edilməsi məsələsi ilə bağlı keçirilən referendumun baş tutmadığını elan edib. bildirir ki, bu barədə ölkənin TASR informasiya agentliyi məlumat yayıb. Referendum seçici fəallığının aşağı olması səbəbindən ba

5 iyul
.

Tramp və Ərdoğan arasında görüş keçirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind

7 iyul
.

Almaniya NATO ölkələri arasında Ukraynaya yeni yardım paketinə ən böyük töhfəni verəcək

Almaniya Ukraynaya növbəti hərbi yardım paketinə NATO-ya üzv dövlətlər arasında ən böyük töhfəni verəcək. "Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. "Ukrayna üçün indi pulları həm Aİ kreditləri xətti ilə, həm də yeni dəstək fondundan əldə etmə

5 iyul
.

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı

Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda

9 iyul
.

Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib

Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu

5 iyul