Bundesver müdafiə halında planların həyata keçirilməsi üçün özəl şirkətləri cəlb edəcək
Bundesver (Almaniya Silahlı Qüvvələri) müdafiə halında gizli planların həyata keçirilməsi üçün ən böyük Almaniya aviaşirkəti "Lufthansa" və dəmiryol konserni "Deutsche Bahn" da daxil olmaqla özəl şirkətləri cəlb etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti yüksəkrütbəli planlaşdırma zabitinə istinadən yazıb.
Nəşrin məlumatına görə, NATO üzvünün müttəfiqə yardım göstərməli olduğu durum yarandığı təqdirdə, Almaniyanın logistika mərkəzi kimi yeni rolu özəl aviasiya şirkətlərinin, dəmiryollarının, ekspeditor şirkətlərinin və tibb müəssisələrinin mütləq istifadəsini tələb edəcək. Buna görə də Bundesverin "məxfi" qrifi altında olan "Almaniya" əməliyyat planı "milli müdafiəyə" mülki töhfə ilə tamamlanmalıdır. Qəzetə görə, silahlı qüvvələrin nümayəndələri artıq xeyli müddətdir ki, özəl sektorla danışıqlar aparmaq üçün imkanlar axtarırlar.
Dəmir pərdənin qalxmasından sonra Almaniya NATO tərəfdaşları üçün logistika mərkəzi rolunu öz üzərinə götürüb: münaqişə halında müttəfiq silahlı qüvvələrin təxminən 800 min hərbçisinin və təxminən 300 min nəqliyyat vasitəsinin Almaniya ərazisindən alyansın şərq cinahına köçürüləcəyi planlaşdırılır.
Xatırladaq ki, daha öncə Almaniya müdafiə konserni "Rheinmetall" artıq Bundesverin yerdəyişdirmə zamanı logistik dəstək göstərilməsi üçün çərçivə müqaviləsi imzalayıb, müqavilənin dəyəri 260 milyon avro təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 701 Tarix: 16 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021