İranda əxlaq polisi ləğv edilə bilər
İran rəhbərliyi hicabla bağlı yeni qanunda ölkədə əxlaq polisinin fəaliyyətinin ləğv edilməsini planlaşdırır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf öz "X" hesabında paylaşıb.
Bununla belə, spiker sözügedən təşəbbüsün qüvvəyə minəcəyi tarixi açıqlamayıb.
O bildirib ki, hicab geyinilməsi artıq ölkənin başqa bir qanunu ilə tənzimlənir.
Burada haqqında bəhs edilən qanun ötən ilin payızında İran parlamenti tərəfindən təsdiq edilib. Sözügedən sənəd "iffət və hicab mədəniyyətini təbliğ etməklə ailələri dəstəkləmək" məqsədi daşıyır və ölkədə məcburi hicab geyinilməsini nəzərdə tutur.
Qanun BMT tərəfindən kəskin tənqid olunub. Bunun ardınca, İran anlaşılmazlıqların aradan qaldırılması üçün qanunun qəbulu prosesini dayandırıb.
Onu da qeyd edək ki, İranın Cinayət məcəlləsində hicab qaydalarını pozmağa görə cəzalar nəzərdə tutulub. Belə ehtimal edilir ki, yeni qanun cəza təbdirlərinin dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək. Buraya əsas olaraq 12 yaşından yeniyetmələrə məhdudiyyətlərin tətbiqi daxildir. Qaydaları mütəmadi olaraq pozan qadınlar isə 15 ilə qədər həbs edilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1051 Tarix: 19 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabr