Tamamilə süni intellekt tərəfindən yaradılan ilk qəzet nəşr olundu

Tamamilə süni intellekt tərəfindən yaradılan ilk qəzet nəşr olunduİtaliyanın gündəlik qəzeti "Il Foglio" dünyada ilk dəfə tamamilə süni intellekt tərəfindən hazırlanmış xüsusi buraxılışını oxucularına təqdim edib.

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, qzetin baş redaktoru Klaudio Çerazanın sözlərinə görə, mühafizəkar-liberal yönlü bu nəşr süni intellekt texnologiyasının iş prinsiplərinə təsirini nümayiş etdirmək məqsədi daşıyan və bir ay davam edən jurnalist eksperimentinin bir hissəsidir.

Dörd səhifədən ibarət "Il Foglio AI" qəzeti 18 mart tarixindən etibarən qəzet köşklərində və internetdə əlçatan olub. Çeraza layihə barədə bunları bildirib:

"Bu, tamamilə süni intellekt vasitəsilə yaradılan və qəzet köşklərində satışa çıxarılan dünyanın ilk gündəlik qəzeti olacaq. Biz hər şey üçün süni intellektdən istifadə etdik - məqalələr, başlıqlar, sitatlar, xülasələr... Hətta bəzən ironiya üçün belə. Jurnalistlərin rolu yalnız süni intellekt alətinə sual vermək və cavabları oxumaqla məhdudlaşdı".

Bu eksperiment, dünya mediasının süni intellektdən necə istifadə etməli olduğu ilə bağlı müzakirələrin getdiyi bir dövrdə həyata keçirilib. Məsələn, bu ayın əvvəlində "BBC News" oxuculara daha fərdiləşdirilmiş məzmun təqdim etmək üçün süni intellektdən istifadə edəcəyini açıqlamışdı.

Birinci səhifədə Tramp və Putin

"Il Foglio AI" qəzetinin ilk buraxılışının ön səhifəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasətinə dair məqalə yer alıb. Süni intellekt yazıda "İtalyan trampçıların paradoksu" adlandırdığı vəziyyəti izah edərək, İtaliyadakı Tramp tərəfdarlarının onun "ləğv mədəniyyətinə" (cancel culture) qarşı duruşunu dəstəklədiyini, lakin eyni zamanda "ABŞ-dakı ideallarının avtoritar liderlər kimi davranışlarını görməzdən gəldiklərini, hətta bəzən bunu alqışladıqlarını" vurğulayıb.

Ön səhifədə həmçinin "Putin, 10 xəyanət" başlıqlı bir köşə yazısı yer alıb. Məqalədə, Rusiya prezidenti Vladimir Putinin son 20 ildə yerinə yetirmədiyi vədlər, ləğv etdiyi müqavilələr və pozduğu razılaşmalar vurğulanıb.

Bundan başqa, İtaliya iqtisadiyyatı ilə bağlı nikbin proqnozlara yer verilən məqalə və İtaliyanın rəsmi statistika agentliyi "Istat"ın "gəlirin yenidən bölgüsü" mövzusundakı son hesabatı da qəzeti tamamlayan mövzulardan biridir. Hesabatda "ölkənin dəyişdiyi, lakin pisləşmədiyi", təxminən 750 min işçinin maaşlarının artırıldığı və gəlir vergisi islahatlarının müsbət təsir göstərdiyi bildirilib.

Gənclər münasibətlərdən qaçır

Qəzetin ikinci səhifəsində gənc avropalıların stabil münasibətlərdən niyə qaçdığı ilə bağlı məqalə yer alıb. "The Guardian" nəşrinin təhlillərinə əsasən, məqalələr xəbər janrında strukturlanmış, anlaşıqlı və aydın olub, ciddi qrammatik səhvlərə rast gəlinməyib. Lakin yazılarda heç bir insana birbaşa istinad edilmədiyi də qeyd edilib.

Son səhifədə isə süni intellekt tərəfindən yaradılmış oxucu məktubları təqdim edilib. "Oxuculardan redaktora" rubrikasında bir məktubda süni intellektin gələcəkdə insanları "lazımsız" hala gətirib-gətirməyəcəyi soruşulub. Süni intellekt isə buna belə cavab verib:

"Süni intellekt möhtəşəm bir yenilikdir, lakin hələlik hətta şəkəri səhv qoymadan qəhvə sifariş etməyi də bacarmır".

Baş redaktor Klaudio Çeraza "Il Foglio AI" qəzetinin "həqiqi bir qəzetin" bütün xüsusiyyətlərini əks etdirdiyini, "xəbərlər, müzakirələr və provokasiyalarla" dolu olduğunu vurğulayıb. Bununla yanaşı, layihənin süni intellektin praktikada necə işləyə biləcəyini yoxlamaq üçün bir test sahəsi olduğunu da əlavə edib.

Sonda isə Çeraza bu sözləri qeyd edib: "Bu, sadəcə 'intellekt' ilə hazırlanmış bir 'Il Foglio'dur, ona 'süni' deməyin".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 777   Tarix: 20 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr