Zaxarova: "Rusiya Ukraynada Qərbin "sülhməramlıları"nın yerləşdirilməsinin qəti əleyhinədir"
"Arzu edənlər koalisiyası" adlanan qondarma sülhməramlı əməliyyat çərçivəsində NATO ölkələrindən hərbçilərin Ukraynada yerləşdirilməsi Rusiya ilə birbaşa qarşıdurma təhlükəsi daşıyır. Moskva qəti şəkildə belə bir ssenarinin əleyhinədir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi Avropa ölkələrinin "Arzu edənlər koalisiyası"nın sülhməramlı qüvvələri qismində öz hərbçilərini Ukraynaya göndərmək təşəbbüsünü şərh edərkən deyib.
"Bir daha diqqəti cəlb etmək istərdim ki, Rusiya NATO ilə birbaşa toqquşmaya istiqamətlənən belə bir ssenarinin qəti əleyhinədir", - deyə o bildirib.
"London və Paris Ukraynaya hərbi müdaxilə planlarını hazırlamağa davam edirlər. Bütün bunlar hansısa sülhməramlı missiyası altında maskalanır", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, martın 20-də Londonda "Arzu edənlər koalisiyası" adlanan koalisiyaya daxil olan ölkələrin hərbi liderlərinin görüşü keçirilib və görüşdə münaqişənin həll edilməsindən sonra Ukraynaya qoşun göndərilməsinin əməliyyat detalları müzakirə edilib. Görüşdə 30-a yaxın Qərb ölkəsinin nümayəndələri iştirak edib. Həmin gün Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, krallıq sülh sazişinə əməl olunmasını təmin etmək üçün Ukraynada quru, dəniz və hava hərbi əməliyyatları üçün planlar hazırlayır.
Daha əvvəl isə Britaniya KİV yazmışdı ki, London və Paris Ukrayna üzrə sülh sazişini təmin etmək üçün 10 000-dən 30 000-ə qədər hərbçidən ibarət "sülhməramlı korpus"un yaradılmasına ümid edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1548 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrLitva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d
23 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabr