Alyaskada gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsi

Alyaskada gölə düşən təyyarədən möcüzəli xilas: Qanadda 12 saat həyat mübarizəsiAlyaska ştatında pilot və iki uşaq yüngülmühərrikli təyyarənin gölə düşməsindən sonra möcüzəli şəkildə sağ qalmağı bacarıblar. Onlar qəzaya uğramış "Piper PA-12 Super Cruiser" təyyarəsinin qanadında təxminən 12 saat keçirərək, xilasetmə qrupu tərəfindən tapılana qədər yaşamaq üçün mübarizə aparıblar.

Oxu.Az "ABC News"ə istinadən xəbər verir ki, hadisə Alyaskanın Kenay yarımadasında yerləşən Tustumena gölü ərazisində baş verib.

Təyyarə radarlardan itdikdən sonra fəlakət siqnalı görünmədiyi üçün axtarış əməliyyatları çətinləşib. Lakin xilasetmə qrupuna kömək edən əsas amil qəza bölgəsində qeydə alınan mobil telefon siqnalı olub.

Maraqlıdır ki, növbəti gün pilot Terri Qodeser sosial şəbəkələrdə axtarış əməliyyatı haqqında məlumat aldıqdan sonra təyyarənin qalıqlarını görüb.

"Mən daha yaxına uçduğumda, qanadın üzərində oturan üç nəfəri gördüm. Onlar sağ idilər və mənə əl yelləyirdilər", - deyə o bildirib.

Pilot dərhal xilasetmə qrupuna məlumat verib və zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Təyyarə qəzasının səbəbləri araşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1251   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr