Kiçik qızınız "böyük" makiyajı etmək istəyir? - Rusiyalı mütəxəssis təhlükələrdən danışdı

Kiçik qızınız "böyük" makiyajı etmək istəyir? - Rusiyalı mütəxəssis təhlükələrdən danışdıQızınızın sizdən onu "böyük" makiyajı ilə bəzəməyinizi istəməsi zərərsiz görünə bilər. Lakin övladınızın bu istəyini yerinə yetirsəniz, ona zərər vermək riski yüksəkdir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı kosmetoloq, dəri-zöhrəvi xəstəliklər kafedrasının dosenti İnna İlyina "Life.ru"ya müsahibəsində danışıb.

"Valideynlər övladı üçün kosmetik vasitə seçiminə diqqətlə yanaşmalıdırlar. Hətta qızınız kosmetika çəkilməsini çox xahiş etsə belə, müsabiqələr, fotosessiyalar, çıxışlar istisna olmaqla, gündəlik həyatda 12 yaşından kiçik uşaqlara makiyaj etmək tamamilə lüzumsuzdur və hətta zərərlidir", - deyə dosent vurğulayıb.

İnna İlyina uşağın makiyaj etməsinə icazə verilməməsi üçün ən azı beş səbəbi sadalayıb. Birincisi, dekorativ vasitələr allergik reaksiyaya səbəb ola bilər, çünki uşaqların dərisi xarici qıcıqlandırıcılara daha həssasdır. İkincisi, böyüklər üçün olan kosmetikadakı komedogen maddələr sızanaqların yaranmasına gətirib çıxara bilər. Üçüncü, yaşlanma əleyhinə inqredientlər nəticəsində isə gənc dəri, əksinə, vaxtından əvvəl qocalmağa başlaya bilər. Dördüncü, ftalatlar, parabenlər, boya maddələri və sulfatlar kimi bəzi toksik maddələr körpələr üçün potensial təhlükəli ola bilər.

"Həm də ən vacib məqam - böyük insanların əksəriyyəti herpes virusuna yoluxmuş olur. Ananın dodaq boyası və ya digər əşyalar infeksiyanın ötürülməsi faktoruna çevrilə bilər", - deyə İlyina beşinci səbəbi də qeyd edib.

Həmçinin mütəxəssis hətta yeniyetmə kosmetikasının da təhlükəsizlik baxımından necə sınaqdan keçirilə biləcəyini də izah edib. Bunu etmək üçün məhsulu biləkdən yuxarı hissənin içəri tərəfinə sürtmək və 15 dəqiqə gözləmək lazımdır. Əgər bu müddət ərzində dəri qızarmasa və ya qaşınmağa başlamasa, məhsulu təyinatı üzrə istifadə etmək olar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1207   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr