Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb
Gürcüstanda 2008-ci il 7-12 avqust aralığında Rusiya ilə baş verən müharibəyə dair aparılmış araşdırmanın nəticəsi ölkədə ciddi qalmaqala səbəb olub.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze 2008-ci il avqust müharibəsini araşdıran komissiyasının yekun rəyini açıqlayıb.
Onun sözlərinə görə, bu araşdırma keçmiş hökumətin qərarları ilə bağlı ciddi suallar doğurub və cəmiyyətdə müzakirələrə yol açıb.
Mdinaradze bildirib ki, araşdırma komissiyası Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin 2008-ci il avqustun 7-si saat 23:45-də hərbi əməliyyatlara başlamaq haqqında əmr verdiyini müəyyən edib. Bu faktı həmin dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general Zaza Qoqava təsdiqləyib.
Bundan əlavə, komissiyanın hesabatında iddia olunub ki, "Vahid Milli Hərəkat" hökuməti müharibə ehtimalı barədə məlumata malik olsa da, Kodori və Tsxinvali bölgələrinin dinc əhalisini xəbərdar etməyib, nəticədə çox sayda mülki şəxs həlak olub.
Bundan başqa, araşdırmanın diqqət çəkən məqamlarından biri də Gürcüstanın keçmiş iqtidarının müharibədən iki ay sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hərbi əməliyyatlara məhz Gürcüstanın başladığının əks olunduğu və gürcü əsgərlərin hərbi cinayətlərdə ittiham edildiyi qətnaməsini dəstəkləməsi olub.
Araşdırma nəticələrinin ictimaiyyətə açıqlanması Gürcüstanda siyasi diskussiyaları daha da qızışdırıb. Müxalifət bu iddiaların siyasi motivli olduğunu əsas gətirərək araşdırmanın obyektivliyinə şübhə ilə yanaşır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 741 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrBir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr