Ağ Evin gizli çatı ilə bağlı daha bir qalmaqal

Ağ Evin gizli çatı ilə bağlı daha bir qalmaqalABŞ-də "Siqnal" mesenceri ilə bağlı qalmaqaldan sonra rəsmilərinin yazışmasına jurnalistin əlavə edilməsi ilə bağlı daha bir informasiya ortaya çıxıb.

Oxu.Az NBC telekanalına istinadən xəbər verir.

Bildirilir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) əməkdaşı yanvar ayının sonunda səhvən bir jurnalisti ABŞ gömrük polisinin qarşıdakı əməliyyatı haqqında məlumat olan yazışmaya əlavə edib.

"DHS əməkdaşı həmkarlarına bildirdi ki, o, səhvən Vaşinqtondakı mühafizəkar nəşrdən olan bir reportyoru Denver bölgəsində ICE-in (ABŞ İmmiqrasiya və Gömrük Polisi - red.) qarşıdakı əməliyyatları haqqında məlumat olan elektron məktuba əlavə edib", - deyə mənbə vurğulayıb.

Əməkdaşın məxfi məlumatlara çıxışının ləğv edilməsi istənilir.

Qeyd olunur ki, məlumat məxfi olmasa da, əməliyyatın vaxtını əhatə etdiyi üçün hüquq-mühafizə orqanları üçün konfidensial hesab edilirdi. DHS əməkdaşı dərhal səhvini başa düşüb və reportyora zəng edib, o da məlumatı yaymamağa razılaşıb.

Mənbədən bildirilir ki, adıçəkilən əməkdaş Prezident Corc Buş administrasiyası dövründən Daxili Təhlükəsizlik Nazirliyinin müxtəlif agentliklərində, o cümlədən Trampın birinci müddətinin hamısında xidmət edib.

Xatırladaq ki, 24 mart tarixində "Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq məqalə dərc edib və orada iddia edib ki, onu səhvən "Signal" mesencerində ABŞ Administrasiyası üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi çata əlavə ediblər. Yazışmada müdafiə naziri, dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir, MKİ direktoru və ABŞ-ın digər əsas şəxsiyyətləri iştirak edirdilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 862   Tarix: 29 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın blokadasından sonra ABŞ tərəfindən ələ keçirilən gəmilərin sayı 115-ə çatıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasının bərpasından bəri İran limanlarına gedən və ya oradan gələn 115 ticarət gəmisini ələ keçirib. xəbər verir ki, bəyanatda deyilir: "Mərkəzi Komandanlıq qüvvələri ABŞ-ın "polad divar"

24 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq

Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun

23 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr