Joselin de Haak: Kolonial sistem xalqları öz kimliyindən məhrum edir
Kolonial sistem xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüququndan məhrum edir və onları xarici nəzarətə tabe olmaq məcburiyyəti qarşısında qoyur.
"Report" xəbər verir ki, bu barədə Boneyrdən olan hüquq müdafiəçisi Joselin de Haak Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Boneyrin sakinləri kolonizasiya nəticəsində özünüidarəetməni itirdikdən sonra öz torpaqlarını müstəqil idarə etmək və onların gələcəyini müəyyənləşdirən əsas qərarların qəbulu imkanından məhrum olublar.
"Özünüidarəetmə dövründə belə hallar baş vermirdi. Biz öz ərazimizə və xalqımıza nəzarət edirdik. İndi bizim üçün bütün qərarları özümüz yox, kənar qüvvələr verir", - o qeyd edib.
De Haak vurğulayıb ki, müstəmləkə sistemi yerli xalqları kölgəyə salır, onları müstəqilliyin itirilməsi ilə barışmağa məcbur edir: "Lakin müstəmləkə zülmünə baxmayaraq, Boneyr xalqı təslim olmaq niyyətində deyil və öz ayrılmaz hüquqları uğrunda mübarizəni dayandırmayacaq".
"Bizi yer üzündən silməyəcəklər, bizim inamımız və milli kimliyimiz satılmır. Boneyr öz xalqına məxsusdur və biz öz müqəddəratımızı təyin etmək hüququmuz uğrunda mübarizəni davam etdirəcəyik", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 736 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrBir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr